Mbappenin Fransa millisində vəziyyəti gərginləşir: İtaliya ilə oyun təhlükə altındadır

11.11.26 | 22:17
Dünya futbolu

Fransa millisinin kapitanı Kilian Mbappe komandanın bu gün Klerefonda keçirilən məşqində iştirak etməyib. Bu səbəbdən onun Millətlər Liqasının sabah İtaliya ilə keçiriləcək qarşılaşmasında meydana çıxması sual altına düşüb.

Ulduz futbolçunun məşqə qatılmamasının səbəbi hələlik məlum deyil. Fransa Futbol Federasiyası da məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Zinəddin Zidanın rəhbərlik etdiyi komanda bu gün günortadan sonra İtaliyanın şimalına yollanacaq.

Mbappenin məşqi buraxması Fransa mətbuatında onun millidəki vəziyyəti ilə bağlı müzakirələrin artdığı vaxta təsadüf edib. “L’Equipe” nəşrinin məlumatına görə, 27 yaşlı hücumçunun komanda daxilində münasibətləri pisləşib və o, milli kollektivdə özünü getdikcə daha çox təcrid olunmuş vəziyyətdə hiss edir. Usman Dembele ilə aralarındakı fikir ayrılıqlarının da davam etdiyi bildirilir.

Nəşrin yazdığına görə, Mbappe münasibətləri yoluna qoymaq məqsədilə komanda yoldaşına “WhatsApp” vasitəsilə mesaj göndərsə də, Dembeledən cavab almayıb. Bəzi futbolçular və komanda əməkdaşları isə kapitanın son vaxtlar komanda yoldaşlarına göstərdiyi qəfil marağı səmimi addımdan çox, fürsətçilik kimi qiymətləndirirlər.

Markus Türamın heyətə çağırılmaması da Mbappenin kollektivdən uzaqlaşması ilə bağlı qənaətləri gücləndirən amillərdən biri kimi göstərilir.

Zidanın Mbappeni sol cinahda deyil, mərkəz hücumçusu mövqeyində oynatmaq planlaşdırdığı da bildirilir. Baş məşqçi sentyabrda bu taktiki dəyişikliyi sınaqdan keçirməyə çalışsa da, Türkiyə ilə qarşılaşmada dizindən zədələnən Fransa kapitanı bir saat tamam olmadan meydanı tərk etmiş və millinin düşərgəsini vaxtından əvvəl tərk etmişdi.

Bu, Zidanın Fransa millisinin baş məşqçisi təyin olunmasından sonra komanda ilə ilk toplanışı idi. İtaliyanın “La Gazzetta dello Sport” nəşri də Fransa düşərgəsində gərginliyin hökm sürdüyünü yazıb. Qəzetin iddiasına görə, Mbappe ilə Zidan arasındakı münasibətlər də ürəkaçan deyil.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09