La Liqanın 4-cü turunda “Real Madrid” səfərdə “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edib. Oyunun əsas qəhrəmanı Kilian Mbappe olub.
Fransalı hücumçu 12-ci dəqiqədə rəqibin səhvindən yararlanaraq hesabı açdı. 32-ci dəqiqədə isə Madrid çətin vəziyyətə düşdü – gənc müdafiəçi Din Huysen son ümid fouluna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Buna baxmayaraq, ilk hissənin sonunda Mbappe sol cinahdan reyd edərək, Arda Gülərə ötürmə verdi, türkiyəli futbolçu fərqi artırdı – 2:0.
54-cü dəqiqədə meydan sahibləri penalti qazandı. Mikel Oyarzabal dəqiq zərbə ilə fərqi azaltdı. Son dəqiqələrdə “Sosyedad” bərabərlik üçün təzyiq etsə də, Kurtua qapısını qoruyaraq “Real”a vacib qələbə qazandırdı.
Madrid klubu 4 turdan sonra xal itirmədən liderliyini davam etdirir.