Mahmudov: “Bu, millidə son oyunum olacaq”

16.11.26 | 00:11
Ölkə futbolu

Millinin kapitanı Emin Mahmudov Andorra ilə sabah keçiriləcək yoldaşlıq görüşü ərəfəsində fikirlərini bölüşüb.

Təcrübəli yarımmüdafiəçi bu matçın onun milli komandadakı son oyunu olacağını təsdiqləyib. O, qarşılaşmanın özü üçün bir qədər həyəcanlı keçəcəyini, bununla belə, komandanın ənənəvi olaraq qələbə qazanmağa çalışacağını bildirib.

“Bir qədər həyəcanlı olacağam, çünki bu, millidə son oyunumdur. Hər matçda olduğu kimi, bu dəfə də qələbə üçün meydana çıxacağıq. Yaxşı oyunla yadda qalmağa çalışacağam”, – deyə Mahmudov vurğulayıb.

O, milli komandanın heyətində ilk mətbuat konfransını xatırlamadığını da söyləyib: “Bir müddət mətbuat konfranslarına yalnız mən qatılırdım. Ona görə də ilkini artıq xatırlamıram”.

Mahmudovdan milli karyerasını başa vurmaq qərarının gözlənilməz olduğu və azarkeşlərin onun son oyununu Bakıda keçirməsini arzuladığı bildirilib. Futbolçu isə qərarını götür-qoy etdikdən sonra verdiyini qeyd edib.

“Bu, milli komandadır. Burada növbəti oyunun harada keçiriləcəyini həmişə əvvəlcədən bilmək olmur. Hər şeyi yaxşıca düşündüm, ailəmlə, dostlarımla və baş məşqçi ilə danışdım. Nəticədə indinin ən doğru vaxt olduğuna qərar verdim. Bu qərarı çox uzatmaq istəmirdim”, – deyə kapitan bildirib.

Söhbət zamanı Mahmudovun millidə 17-ci qolunu vurmaq ehtimalı da gündəmə gəlib. O isə şəxsi göstəricidən daha çox komandanın uğurunu düşündüyünü vurğulayıb: “Hər oyunda qol vurmaq istəyirəm. Amma ilk növbədə həmişə komandamın qələbəsini düşünmüşəm”.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09