Mahir Emrelinin komandasının yeni baş məşqçisi məlum oldu

05.09.26 | 03:13
Dünya futbolu

Portuqaliyalı mütəxəssis Qonsalu Feyunun böyük qayıdışı baş tutur. “Meczyki” nəşrinin tanınmış jurnalisti Tomaş Vłodarczyk xəbər verir ki, 36 yaşlı çalışdırıcı millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi “Rakov” klubunun sükanı arxasına keçəcək.

Sentyabrın 3-də axşam saatlarında məşqçinin Polşaya yola düşdüyü bildirilsə də, hələlik son qərarın verilmədiyi qeyd olunurdu. Belə ki, Feyu klubun sahibi Mixal Şverçevski ilə şəxsən görüşməli və bundan sonra qəti qərar qəbul olunmalı idi. Son məlumatlara görə, tərəflər nəhayət razılığa gəliblər. Tomaş Vłodarczyk “X” platformasında yazıb: “Portuqaliyalı gələn həftə işə başlayacaq”.

Yeni baş məşqçinin qarşısında son dərəcə çətin vəzifə durur: komandanı dərin böhrandan çıxarmaq. Cari mövsümə uğursuz başlayan “Rakov” çempionatda keçirdiyi ilk beş matçın hamısında məğlub olub. Bundan başqa, kollektiv Konfrans Liqasının təsnifat mərhələsində də uğursuz çıxış edərək mübarizəni dayandırıb.

Bu nəticələr fonunda cari ilin mayında komandanın baş məşqçisi təyin olunmuş David Kroçek istefaya göndərilib. Çərşənbə axşamı “Qornik” ilə matçda (2:1 məğlubiyyət) komandaya müvəqqəti olaraq David Şulçek rəhbərlik etsə də, onun tezliklə əvəzlənəcəyi dəqiq idi.       

Bu, Feyunun “Rakov”da baş məşqçi kimi ilk təcrübəsi olacaq. O, daha əvvəl – 2020-2022-ci illərdə həmin vaxt komandaya rəhbərlik edən Marek Papşunun köməkçisi kimi Çenstoxova təmsilçisində çalışıb.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28