Lixtenşteyn millisindən matç öncəsi açıqlama: “Azərbaycan favoritdir, amma biz də təslim olmayacağıq”

30.09.26 | 18:40
Ölkə futbolu

UEFA Millətlər Liqasının D2 qrupunda millimizlə qarşılaşacaq Lixtenşteyn yığmasının baş məşqçisi Konrad Fünfştük və futbolçu Alessio Hasler matçdan əvvəl mətbuat konfransında iştirak ediblər.Fünfştük əvvəlcə Malta ilə oyundan cəmi üç gün sonra Azərbaycana qarşı meydana çıxacaqlarını xatırladıb. Almaniyalı mütəxəssis buna baxmayaraq, komandası üçün ciddi hazırlıq keçdiklərini bildirib. “Azərbaycanın Litvaya qarşı oyununu diqqətlə təhlil etmişik. Rəqib xüsusilə yarımmüdafiə və hücum xəttində təhlükəlidir. Şübhəsiz ki, bu matçın favoriti Azərbaycandır. Amma sabah meydanda nələrin baş verəcəyini görəcəyik. Ən sevindirici məqam isə komandamızda zədəli futbolçunun olmamasıdır”, – deyə Fünfştük bildirib.

Lixtenşteyn millisində futbolçuların futboldan kənar peşələrlə də məşğul olması barədə suala cavab verən baş məşqçi ölkədə vəziyyətin uzun illərdir dəyişmədiyini söyləyib.

“25 il əvvəl olduğu kimi, bu gün də heyətimizdəki futbolçuların əksəriyyəti futboldan əlavə digər peşələrlə məşğul olurlar. Azərbaycan futbolçularının isə Çempionlar Liqasında çıxış etmək təcrübəsinə malik olduğunu çox yaxşı bilirik”, – deyə o qeyd edib.

Fünfştük komandasının qarşıdakı oyundakı hədəfindən də danışıb: “Cəmi 40 min əhalisi olan kiçik bir ölkəyik. Bizim üçün yalnız nəticə deyil, azarkeşlərimizə yaxşı kollektiv olduğumuzu göstərmək də vacibdir. Bakıya yaxşı oyun nümayiş etdirmək və maksimum nəticə qazanmaq üçün gəlmişik”.

Lixtenşteyn millisinin futbolçusu Alessio Hasler də Azərbaycanla oyun öncəsi komandanın hazırlıq səviyyəsindən danışıb.  “Azərbaycanla oyuna hazırlığımız yüksək səviyyədə keçib. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Rəqibin güclü və zəif tərəflərini yaxşı bilirik. Sabah uğurlu nəticə qazanmaq üçün meydanda var gücümüzlə mübarizə aparacağıq”, – deyə Hasler vurğulayıb.          

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09