Lionel Messi yenidən Argentina yığmasına çağrıldı

16.09.26 | 01:55
Dünya futbolu

Dünya çempionatından sonra millidə karyerasını başa vurduğunu elan edən 39 yaşlı Lionel Messi Argentina yığmasında son matçına çıxmağa hazırlaşır. Baş məşqçi Lionel Skaloni Boliviya, Burkina-Faso və Beninlə keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlayıb və dəvət alanlar arasında ən çox diqqət çəkən ad məhz əfsanəvi kapitan olub.

Avqustun 31-də milli ilə yollarını ayırdığını bəyan edən superulduz oktyabrın 6-da təşkil olunacaq xüsusi qarşılaşmada son dəfə azarkeşlərin önünə çıxacaq. Bu görüş Messinin cari mövsümdə yığma formasını geyinəcəyi yeganə beynəlxalq matç olacaq.

Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Fabian Tapia “Instagram” hesabında paylaşılan video müraciətində qərarı belə izah edib: “Millinn baş məşqçisi Lionel Skaloni ilə müzakirələrdən sonra dünyanın ən yaxşı futbolçusunu, komandamızın rəmzi və kapitanı Lionel Messini layiqincə yola salmaq üçün onu bu oyuna dəvət etmək qərarına gəldik.”

Tapia həmçinin 2022-ci il Dünya Çempionatının bütün “qızıl qəhrəmanları”nın da bu qarşılaşmaya dəvət olunduğunu və dünyanın ən yaxşı oyunçusunun “son tanqosuna” şahidlik edəcəklərini vurğulayıb.

Karyerası ərzində Argentina millisinin heyətində 207 oyuna çıxan Lionel Messi 125 qola imza atıb. O, 2022-ci ildə qazanılan dünya çempionluğu ilə yanaşı, 2014 və 2026-cı illər DÇ-də gümüş medallara sahib çıxıb.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09