“Diario AS” nəşrinin məlumatna görə, əfsanəvi futbolçu Lionel Messi İspaniyaya bu dəfə yeni statusda – klub sahibi kimi qayıdır.
38 yaşlı argentinalı ulduz İspaniya Segunda Liqasında çıxış edən “Eldense” klubunun səhmlərinin 100%-ni almaq üçün ilkin razılıq əldə edib. Mesinin nümayəndələri bir müddətdir ki, səhmləri bir il əvvəl Paskual Peresdən alan Xuan Karlos Truxilyonun rəhbərlik etdiyi Kolumbiyanın “TH” investisiya qrupu ilə danışıqlar aparırdılar.
Sentyabrın 8-də tərəflər son hüquqi və müqavilə prosedurları başa çatdıqdan sonra Messinin “Eldense”nin əsas səhmdarı olması ilə bağlı ilkin yekun razılığa gəliblər. Müqavilə İspaniyanın Ali İdman Şurasının (CSD) rəsmi təsdiqindən keçməlidir. Sövdələşmənin maliyyə detalları isə hələlik açıqlanmır.
Rəsmi müqavilənin yaxın günlərdə elan olunacağı gözlənilir. Xatırladaq ki, Messinin sahib olduğu üçüncü liqa təmsilçisi “Kornelya” peşəkar status daşımadığı üçün onun “Eldense”ni almasına heç bir hüquqi maneə törətmir. Bu addım əhalisi 55 mini ötən Elda şəhəri və klub üçün tarixi hadisədir.
“Eldense” cari mövsüm Segundada keçirdiyi ilk 4 turdan sonra cəmi 2 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.