İngiltərə Panama üzərində praqmatik qələbə qazandı. Panama bir saat ərzində müqavimət göstərə bilsə də, Bellingemin ustalığı vəziyyəti dəyişdi. “Real”ın ulduzu əvvəlcə özü hesabı açdı, sonra qol ötürməsi verdi. Oyunun sonlarında Panama qol imkanları əldə etdi, amma turniri qolsuz tərk edən yeganə komanda oldu.
Digər oyunda isə ikinci yerin taleyi həll olundu. Əslində heç-heçə hər iki komandaya sərf edirdi. Lakin xorvatlar bununla razılaşmadı və üstün oynayaraq qələbə qazandı. Hətta hesab heç-beç olduqdan sonra da xorvatlar irəli gedərək qələbə topunu vurdu.
Dünya Kuboku, L qrupu, 3-cü tur
Panama – İngiltərə 0:2
Xorvatiya – Qana 2:1
