“Kəpəz”in kapitanı Dioqo Verdaska məşq zamanı aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxıb.
Gəncə təmsilçisinin rəsmi məlumatına görə, tibbi müayinədən keçən 29 yaşlı portuqaliyalı müdafiəçinin sağ bud əzələsində 14 santimetrlik yırtıq aşkar olunub. Təcrübəli futbolçunun bərpa prosesi və müalicəsi təxminən 6 həftə çəkəcək.