Kuçis Azərbaycana meydan oxudu: “Kosmik komanda deyil, Bakıda başqa oyun göstərəcəyik”

28.09.26 | 04:51
Ölkə futbolu

Litva millisinin hücumçusu Armandas Kuçis Azərbaycanla 1:1 hesablı heç-heçədən sonra diqqətçəkən açıqlamalar verib.

Penaltidən vurduğu qolla uzunmüddətli qol həsrətinə son qoyan 23 yaşlı forvard nəticədən narazı qaldığını bildirib. Kuçis xüsusilə Bakıda keçiriləcək cavab matçı ilə bağlı iddialı danışıb və Azərbaycan millisinin Litvada qələbə qazana bilməyəcək qədər güclü rəqib olmadığını deyib.

Kuçis qarşılaşmanın kifayət qədər gərgin və mübarizəli keçdiyini bildirib: “Çox çətin oyun oldu. Meydanda mübarizə həddindən artıq çox idi. Bəlkə də estetik baxımdan gözəl futbol izləmədik. Amma əsas məqsədimiz azarkeşlərimizə qələbə sevinci yaşatmaq idi. Buna görə də nəyinsə çatışmadığını hiss edirik. Bəlkə də ustalığımız kifayət etmədi. Məyusuq, amma vəziyyət faciəvi deyil. Azərbaycan yığması bizim evdə qələbə qazana bilməyəcəyimiz ‘kosmik’ komanda deyil. Əminəm ki, Bakıdakı səfər matçında tamamilə başqa futbol göstərəcəyik”.

Azərbaycanla oyunda Litvanın yeganə qolunu penaltidən vuran Kuçis 11 metrlik zərbəni necə yerinə yetirdiyini də açıqlayıb: “Bütün sirləri açmaq istəmirəm. Amma həmişə eyni küncə – sol tərəfə vururam. Ümid edirəm ki, rəqiblər bunu tezliklə oxuya bilməzlər. Zərbəni vuranda elə bildim top qapının üstündən gedəcək. Amma hədəfə dəydi. Əsas odur ki, qol oldu. Təəssüf ki, qələbəni qoruya bilmədik”.

Uzun müddət qol vura bilməməsinin üzərində psixoloji təzyiq yaratdığını deyən hücumçu bu seriyaya son qoyduğu üçün rahatladığını bildirib: “Hücumçu hər zaman qol vurmalıdır. Qol vurmadığın zaman başında müəyyən təzyiq yaranır. Amma artıq bu yük çiyinlərimdən qalxdı. Qol qoldur, heç kim onu səndən ala bilməz”.  

Kuçis Azərbaycan millisinin heyətində “Sabah”ın futbolçularının yer almasını və komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsində debüt etməsini də nəzərə alıb. Bununla belə, litvalı hücumçu rəqibin bir sıra zəif cəhətlərinin olduğunu düşünür: “Azərbaycan millisi elə də təsirli komanda deyil. Bəli, futbolçuları texnikalıdır. Fiziki baxımdan kiçik olsalar da, sürətlidirlər və onları izləmək çətindir. Lakin komanda olaraq çoxlu zəif nöqtələri var. Biz həmin zonalardan necə istifadə etməli olduğumuzu bilməliyik.

Oyunu sakit şəkildə təhlil edəcək, səhvlərimizdən nəticə çıxaracağıq. Bakıdakı matça gəldikdə isə düşünürəm ki, hətta səfərdə də meydana favorit kimi çıxacağıq”.

Karyerasını Sloveniyanın çempionu “Tsele”də davam etdirən Kuçis ötən ay UEFA Avropa Liqasında debüt edib. Hücumçu “Bayer”lə Leverkusendə keçirilən qarşılaşmanı da xatırlayıb: “Bu, əvəzolunmaz təcrübədir. Stadion və ab-hava möhtəşəm idi. Əlbəttə, favorit deyildik. Amma belə səviyyədə oynamaq və Avropa Liqasına düşmək həm şəxsi karyeram, həm də bütün Litva futbolunun inkişafı üçün böyük nailiyyətdir”.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09