Krım klubu ilə bağlı qərar Rusiya futbolunu yeni problemlə üz-üzə qoya bilər

06.11.26 | 17:02
Dünya futbolu

İşğal altındakı Krımın “Sevastopol” klubu Rusiya çempionatının üçüncü divizionuna yüksəlməyə hazırlaşır. Lakin bu addım UEFA-nın qaydalarının pozulmasına səbəb ola və Rusiyanın beynəlxalq futbol qurumlarındakı statusu ilə bağlı müzakirələri yenidən gündəmə gətirə bilər.

“The Guardian”ın məlumatına görə, dördüncü divizionda çıxış edən “Sevastopol” öz qrupunda qalib gələrək növbəti liqaya yüksəlmək hüququ qazanıb. Klubun baş direktoru Valeri Çalı lisenziya sənədlərinin hazırlanmasına başlanıldığını bildirib.

UEFA 2014-cü ilin avqustunda Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadadakı klubların Rusiya Futbol İttifaqının təşkilatçılığı ilə keçirilən yarışlarda iştirakını tanımamaq qərarı verib. Bu qadağa qüvvədə qalır.

“Sevastopol” və “Rubin Yalta” 2023-cü ildə Rusiya liqa sisteminə daxil edilib. Həmin vaxt dördüncü divizionun həvəskar statusu daşıdığı əsas gətirilsə də, bəzi klublarda peşəkar müqavilə ilə çıxış edən futbolçuların olması bu arqumenti şübhə altına alıb. Üçüncü divizionun isə peşəkar xarakter daşıması Rusiyanın belə bir addımı əsaslandırmasını çətinləşdirir.

Məsələni mürəkkəbləşdirən digər məqam Rusiya yarışlarında Ukraynanın “Şaxtyor” və “Zarya” klublarının adlarından istifadə edən komandaların meydana çıxmasıdır. Ukrayna Futbol Assosiasiyası bunu işğalın legitimləşdirilməsi və ölkə futbolunun kimliyinin silinməsi cəhdi kimi qiymətləndirərək UEFA-ya müraciət edib. “The Guardian”ın yazdığına görə, assosiasiya 2025-ci ilin oktyabrında göndərdiyi məktuba hələ də cavab almayıb.

Üstəlik, “Sevastopol”un yüksəlişinə icazə verilməsə, onun yerini qrupda ikinci olan Rusiya təmsilçisi “Şaxtyor” tuta bilər. Bu isə UEFA üçün əlavə problem yarada bilər. Xatırladaq ki, Rusiya klubları və milli komandaları 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilədən sonra beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bununla belə, Rusiya Futbol İttifaqı hələ də UEFA və FİFA-nın üzvüdür.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09