Konfrans Liqasında yarımfinalın adı bəllidir

17.04.26 | 07:13
Dünya futbolu

Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları yadda qalan hadisələrlə yekunlaşdı. “Şaxtyor” “AZ Alkmaar” səddini inamla keçdi.İki görüşün nəticəsinə görə rəqibini 5:2 hesabı ilə məğlub edən Arda Turanın komandası yarımfinalına vəsiqə qazandı.

Bu, “mədənçilər”in Avrokubokda dördüncü yarımfinalıdır. Qeyd edək ki, “Şaxtyor” bundan əvvəl üç dəfə UEFA Kuboku/Avropa Liqasında bu mərhələyə yüksəlib.

Fransanın “Strasbur” klubu öz meydanında  “Mayns” qarşı əsl iradə nümayiş etdirdi. İlk oyundakı məğlubiyyətin əvəzini çıxmaq üçün hücuma atılan fransızlar, artıq birinci hissədə iki topun əvəzini çıxara bildilər. Matçın ikinci hissəsində Barqonun qazandığı penalti ilə fərqi artırmaq şansı yaransa da, Emeqa qapıçı Batsa ilə dueldan məğlub ayrıldı. Lakin meydan sahiblərinin köməyinə Ensiso yetişdi, o, Qodonun sağ cinah ötürməsini qola çevirərək “Strasbur”u tarixində ilk dəfə Avrokubok yarımfinalına daşıdı. Yeri gəlmişkən, penaltini qaçıran Emeqa daha sonra oyun epizodundan qol vuraraq azarkeşlərin könlünü almağı bacardı.

Yunanıstanın AEK klubu İspaniyadakı 0:3 hesablı ağır məğlubiyyətdən sonra möcüzəyə çox yaxın idi. Tribunaların coşqusu ilə “Rayyo Valyekano”nu öz qapısına sıxışdıran AEK, Zini və Marinin qolları ilə “möcüzə”nin qapısını araladı. Ancaq Palasonun cərimə meydançasının kənarından vurduğu dəqiq zərbə yunanların bütün xəyallarını alt-üst etdi.

“Fiorentina” ilə cavab oyununa 3 qollu üstünlüklə yollanan “Kristal Pelas”, Sarrın qolu ilə vəziyyəti daha da rahatlaşdırıb. “Bənövşəyilər” Qudmundsson və Ndurun uzaq məsafəli möhtəşəm qolu ilə geri dönməyə çalışsalar da, bunu bacarmadılar.

Konfrans Liqasında finala gedən yolda “Şaxtyor” “Kristal Pelas”la “Rayyo Valyekano” isə “Strasbur”la qarşılaşacaq. Yarımfinal oyunları aprelin 30-u və mayın 7-də keçiriləcək.

Konfrans Liqası. 1/4 final, cavab oyunları

Alkmaar (Niderland) – Şaxtyor (Ukrayna) 2:2

Yensen, 73. Sin, 80 – Alisson, 58. Meyrelliş, 84.

İlk oyun – 0:3

AEK (Yunanıstan) – Rayo Valekano (İspaniya) 3:1

Zini, 13; 51. Marin, 36-pen. – Palason, 60.

İlk oyun – 0:3

Strasbur (Fransa) – Maynts (Almaniya) 4:0

Nanasi, 26. Uattara, 35. Ensiso, 69. Emeqa, 74.

İlk oyun – 0:2

Forentina (İtaliya) – Kristal Pelas (İngiltərə) 2:1

Qudmundsson, 30-pen. Nudur, 53 – Sarr, 17

İlk oyun – 0:3

Paylaş:

Xəbər Lenti

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20