“Sumqayıt” baş məşqçi Sasa İliçlə yollarını ayırıb. Tərəflər arasında imzalanmış müqavilənin müddəti başa çatdığı üçün əməkdaşlığın davam etdirilməməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, serbiyalı mütəxəssis ötən yay “kimyaçılar”ın sükanı arxasına keçmişdi. İliçin rəhbərliyi altında komanda Premyer Liqanı 7-ci pillədə başa vurub.