Baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayıran “Qəbələ” premyer liqanın IV turunun “İmişli” ilə oyununun hazırlığına start verib.
Bölgə təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, yeni baş məşqçinin təyinatına qədər komandanı məşqlərə Amil Ağacanovla Miloş Yevtiç çıxaracaq.
Xatırladaq ki, Tsxadadze III turda “Şamaxı” ilə qolsuz bərabərliklə (0:0) başa çatan matçdan sonra istefa verib.