Kaxaber Sxadadze: “Azarkeşlərin istefa şüarları komandaya mənfi təsir edir”

16.03.26 | 00:15
Ölkə futbolu

Öz meydanında “Neftçi”yə müqavimət göstərə bilməyən “Qəbələ” növbəti dəfə xalsız qalıb. Hesabda önə keçməsinə baxmayaraq, üstünlüyünü qoruya bilməyən bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası açıqlamasında komandadakı psixoloji gərginlikdən və azarkeşlərin davranışından danışıb. Təcrübəli mütəxəssis xüsusilə gənc azarkeşlərin təzyiqinin kollektivə mənfi təsir etdiyini vurğulayıb.

Premyer Liqanın 24-cü turunda doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze qarşılaşmadan sonra mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib.

Təcrübəli mütəxəssis oyunun gedişatını analiz edərək, komandasının startdakı üstünlüyünü qoruya bilməməsindən şikayətlənib: “Oyun tamamilə bərabər mübarizə şəraitində keçdi. Görüşə yaxşı başladıq və hesabı da açdıq. Lakin təəssüf ki, qapımızda mənasız qollar gördük. Top oyunçumuzun çiyninə dəydi, rəqib qol vurdu. Daha sonra isə cərimə meydançasında əllə oyun epizoduna görə penaltidən fərqləndilər. ‘Neftçi’ kimi komandalara qarşı belə səhvlərə yol vermək olmaz”.

Sxadadze ardıcıl uğursuzluqların futbolçularda inamsızlıq yaratdığını vurulayıb: “Böyükhesablı məğlubiyyətdən sonra yenidən uduzmaq ağırdır. Hesab edirəm ki, komandada hazırda ciddi psixoloji gərginlik var. Bunun üzərində çalışmalı və futbolçuların özlərinə olan inamını qaytarmalıyıq”.

Gürcüstanlı baş məşqçi tribunalardan yüksələn istefa sədalarına da münasibət bildirib. O, Avropa təcrübəsi ilə müqayisə apararaq azarkeş dəstəyinin önəmini qeyd edib: “Karyeram boyunca bir çox klubda işləmişəm, bəzən indikindən daha zəif nəticələrimiz də olub. Amma heç yerdə azarkeşlərin bu qədər tez istefa tələb etdiyini görməmişdim. Bu cür hallar həm texniki heyətə, həm də futbolçulara ancaq mənfi təsir göstərir. Avropada azarkeşlər sona qədər komandaya dəstək olurlar. Baxıram ki, bu şüarları səsləndirənlərin əksəriyyəti 13-14 yaşlı uşaqlardır”.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16