“Kəpəz”dən əzmkar qələbə, “Neftçi”dən xal itkisi

24.10.26 | 21:48
Ölkə futbolu

Azərbaycan Premyer Liqasının IX turunda daha iki qarşılaşma keçirilib. “Kəpəz” səfərdə “Şəfa”nı məğlub edərək üç xal qazanıbsa, “Neftçi” azlıqda qaldığı oyunda “Turan Tovuz”la heç-heçə edib.

Günün ilk matçında “Kəpəz” səfərdə “Şəfa” üzərində əzmkar qələbə qazanıb. Sumqayıtdakı SOCAR Polymer Arenada keçirilən görüşün ilk hissəsində hesab açılmayıb. Hətta “Kəpəz” 20-ci dəqiqədə penalti vurmaq imkanı qazansa da, Viktor Stıne fürsəti dəyərləndirə bilməyib.

İkinci hissədə hesabı meydan sahibləri açıblar. Maudo Jarjue 55-ci dəqiqədə “Şəfa”nı önə keçirib. Lakin Gəncə təmsilçisi ruhdan düşməyib. Şakir Seyidov 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Cəmi 6 dəqiqə sonra Benito rəqib qapısına yol taparaq “Kəpəz”ə qələbə qazandırıb – 2:1.

Günün ikinci qarşılaşmasında “Neftçi” ilə “Turan Tovuz” qalibi müəyyənləşdirə bilməyiblər. “Palms Sports Arena”da keçirilən matçın taleyinə ilk hissədəki qırmızı vərəqə və qarşılıqlı qollar təsir edib.

Görüşün 30-cu dəqiqəsində “Neftçi”nin müdafiəçisi İqor Ribeyro meydandan qovulub. Azlıqda qalan Bakı təmsilçisi buna baxmayaraq, fasiləyə üstün yollanıb. Bruno Almeyda 44-cü dəqiqədə paytaxt klubunu önə keçirib.

İkinci hissədə say üstünlüyündən yararlanmağa çalışan “Turan Tovuz” 73-cü dəqiqədə istəyinə çatıb. Aleksa Yankoviç hesabı bərabərləşdirib. Qalan dəqiqələrdə tərəflər fərqlənə bilməyiblər və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Beləliklə, “Kəpəz” turda üç xalı aktivinə yazdırıb, “Neftçi” və “Turan Tovuz” isə hərəyə bir xalla kifayətləniblər.

“Şəfa” – “Kəpəz” 1:2 (0:0)

Qollar: Maudo Jarjue, 55 (1:0), Şakir Seyidov, 74 (pen., 1:1), Benito, 80 (1:2).

Baş hakim: Cavid Cəlilov.

“Şəfa”: Tyaqo Silva, Elnur Cəfərov (k), Rauf Hüseynli, Fərid Yusifli, Dilan Mertens, Musa Qel, Andrey Dragu, Kristofer Mamengi, Luis Felipe (Bafode Dansoko, 71), Maudo Jarjue, Nihad Quliyev. Baş məşqçi: Zaur Həşimov.

“Kəpəz”: Rogerio Santos, Urfan Abbasov (k), Şakir Seyidov, David Domjoni, Viktor Stıne, Rafael Məmmədli (Azuma Abubakar, 69), Benito (Arzu Atakişiyev, 88), Rəhman Hacıyev (Əli Səmədov, 88), Adama Fofana, Desmond Akva, Mate Abuladze. Baş məşqçi: Azər Məmmədov.

Dəqiq yerinə yetirilməyən penalti: Viktor Stıne, 20-ci dəqiqə (qapıçı dəf edib).

Sarı vərəqələr: Hüseynli, Silva.

Sumqayıt. SOCAR Polymer Arena.

“Neftçi” – “Turan Tovuz” 1:1 (1:0)

Qollar: Bruno Almeyda, 44 (1:0), Aleksa Yankoviç, 73 (1:1).

Baş hakim: Əli Əliyev.

“Neftçi”: Emil Balayev (k), Rüfət Abbasov, Falaye Sako, İqor Ribeyro, Endryu Qraviyon, Bruno Almeyda (Emil Səfərov, 78), Freddi Varqas (Bassala Sambu, 79), Qustavo Klişman, Vitsko Şevel, Alek Şkribek (Elvin Bədəlov, 32), Draqolyub Saviç (İfeanyi Metyu, 46)

“Turan Tovuz”: Oleq Baklov, Rahil Məmmədov (Roberto Olabe, 64), Stiv Besnar (David Tavares, 64), Enrike Silva (Denis Marandiçi, 64), Alexandro Serrano, Jo Batista, İbrahim Vaci (Rəhim Sadıxov, 88), Hayderson Hurtado (k), Jorje Silva, Filip Damyanoviç, Dioqo Balau (Aleksa Yankoviç, 64).

Sarı vərəqələr: Klişman, Balau, Bədəlov, Silva, Şevel, Hurtado.

Qırmızı vərəqə: İqor Ribeyro, 30.

Bakı. “Palms Sports Arena”.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09