Jorje Jezuş Ronaldo ilə qalmaqala reaksiya verdi: “Bəyanatını indi oxuyacam”

07.10.26 | 03:34
Dünya futbolu

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş hücumçu Kriştianu Ronaldonun ittiham dolu bəyanatına qısaca reaksiya verib.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən ulduz forvard keçən həftənin sonunda yığmadan səs-küylü ayrılığından sonra ilk dəfə danışıb. Ronaldu geniş həcmli rəsmi bəyanatında baş verənlərə münasibət bildirib, həmçinin Portuqaliya Futbol Federasiyasının rəhbərliyini və baş məşqçi Jorje Jezuşu kəskin tənqid edib.

Portuqaliyalı mütəxəssis isə məsələyə dərhal münasibət bildirməyib. O, evə qayıdarkən CMTV-nin çəkiliş heyəti tərəfindən avtomobilində görüntülənib və jurnalistlərin sualını qısaca cavablandırıb: “Mən Leiriyada idim, bəyanatı elə indi oxuyacam. Hələlik bundan artıq deyə biləcəyim bir söz yoxdur”.

Xatırladaq ki, təcrübəli mütəxəssis bundan bir qədər əvvəl sosial şəbəkə hesabında yığmanın Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanmasını belə şərh etmişdi: “Bu mərhələni möhtəşəm nəticə ilə başa vurduq. Dörd matç, dörd qələbə! Növbəti mərhələyə doğru irəliləyirik, öz gücümüzə əminik”.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09