İtaliyanın Qvardiola xəyalı: Çətin, amma qeyri-mümkün deyil

24.04.26 | 16:49
Dünya futbolu

İtaliya futbolunda böyük canlanma var: “La Gazzetta dello Sport” nəşrinin yaydığı məlumata görə, İtaliya Futbol Federasiyası (FIGC) milli komandanın sükanı arxasına Pep Qvardiolanı gətirmək niyyətindədir. Lakin bu iddialı layihənin qarşısında dayanan ən böyük maneə maliyyə məsələləridir.

Hazırda “Mançester Siti”də çalışan Qvardiolanın gəliri fantastik rəqəmlərlə ölçülür. Kataloniyalı mütəxəssis İngiltərədə ildə vergilər daxil olmaqla 24,8 milyon avro qazanır. Vergilər çıxıldıqdan sonra bu rəqəm bonuslar nəzərə alınmadan təxminən 14 milyon avro təşkil edir.

Müqayisə üçün qeyd edək ki, İtaliya millisinin tarixində ən çox maaş alan məşqçi olmuş Roberto Mançininin illik xalis gəliri cəmi 3 milyon avro idi. Digər böyük milli komandaların büdcələri də fərqlidir. Tomas Tuxel (İngiltərə) və Yulian Naqelsman (Almaniya) italyan həmkarlarından xeyli çox qazanır.

Digər tərəfdən, dünya çempionu Lionel Skaloni (Argentina) ildə 2 milyon avro, Avropa çempionu Luis de la Fuente (İspaniya) isə cəmi 1,2 milyon avro maaş alır.

İtaliya tərəfi bu maliyyə problemini həll etmək üçün xüsusi strateji plan hazırlayıb. Belə ki, 2014-cü ildə Antonio Kontenin təyinatı zamanı texniki sponsor maaşın yarısını öz üzərinə götürmüşdü. Hazırda Federasiyanın əsas tərəfdaşı olan Puma şirkəti, həm də Qvardiolanın şəxsi brend elçisidir. Bu amil maliyyə yükünü paylaşmaq üçün real imkanlar yaradır.

İtaliya millisinin sabiq ulduzu və hazırda federasiyada məşqçi kimi çalışan Leonardo Bonuççi belə deyib: “İşə məhz Qvardioladan başlamaq lazımdır, çünki o, İtaliya üçün ən ideal namizəddir. Bunun çətinliyini anlasam da, hesab edirəm ki, böyük hədəflər üçün xəyal qurmağa dəyər”.  

İtalyanlar Qvardiolanı təkcə nəticə üçün deyil, həm də ölkədə gənc məşqçilərin yetişdirilməsi üçün yeni model yaratmaq məqsədilə dəvət etmək istəyirlər.Gələcək qeyri-müəyyəndir: Qvardiolanın “Mançester Siti”də qalıb-qalmayacağı hələ dəqiqləşməyib. “The Guardian”ın iddiasına görə, əgər Pep İngiltərəni tərk edərsə, onu “Çelsi” və “Lester”in sabiq çalışdırıcısı, italyan mütəxəssis Entso Mareska əvəz edə bilər.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41