İsveçrə Əlcəzairi 2 qolla keçdi

03.07.26 | 08:23
Dünya futbolu

Dünya çempionatının 1/16 final mərhələsində İsveçrə millisi Əlcəzairi 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. Qrup lideri kimi pley-offa yüksələn “qırmızı xaçlılar”dan fərqli olaraq, “səhra tülküləri” ən yaxşı üçüncü yerlərin reytinqi sayəsində bu mərhələyə adlamışdılar.

İsveçrənin baş məşqçisi Murat Yakın son matçla müqayisədə start heyətində iki dəyişiklik edərək Jak və Sounun əvəzinə Zakariya ilə Ndoyeni meydana buraxmışdı. Əlcəzairin sükanı arxasında olan və vaxtilə 7 il İsveçrə millisinə rəhbərlik etmiş Vladimir Petkoviç isə üç yerdəyişikliyə əl atmışdı: Benbuta, Acam və Quiri öz yerlərini Zidan, Ait-Nuri və Zerrukiyə güzəştə getmişdilər.

 İsveçrə ilk təhlükəli hücumundaca hesabı açdı. Təşəbbüsü üzərinə götürən Manzambi topu irəli daşıyaraq cərimə meydançasına ötürdü, orada mövqe seçən Breel Embolo dəqiq toxunuşla komandasını önə keçirdi.

İlk hissənin sonuna yaxın əlcəzairlilər Auar, Şaibi və Mazanın uzaq və orta məsafələrdən zərbələri ilə tarazlığı bərpa etməyə çalışsalar da, bu cəhdlər ya qeyri-dəqiq, ya da zəif alındı. İsveçrənin heyətində isə Zakariyanın zərbələrində kəsər çatmadı.

İkinci hissə Petkoviçin komandası üçün kabusla başladı. Müdafiədə topu uzaqlaşdırmaq istəyərkən ardıcıl üç kobud səhv edən Əlcəzair millisi cəzalandı. Təzyiq nəticəsində qazanılan topu Dan Ndoye uzaq küncə göndərdi; qapıçı Zidan toxunsa da, topun tora daxil olmasına mane ola bilmədi.

Qoldan dərhal sonra Əlcəzair fərqi azaltmağa çox yaxın idi, lakin Denis Zakariya son anda Riyad Marezin təhlükəli zərbəsinin qarşısını kəsdi. Digər qapı qarşısında isə Embolo, Varqasın sürətli ötürməsini tamamlaya bilsəydi, dubl edə bilərdi.

Matçın sonlarına doğru Əlcəzairin heyətində Mussanın asma-zərbə qarışıq vuruşunu qapıçı Yann Zommer (Kobel) akrobatik sıçrayışla dəf etdi. İsveçrə isə hesabı darmadağın həddinə çatdıra bilərdi, lakin Rieder boş qapıya düşə bilmədi, Freylerin zərbəsində isə qapıçı Zidan qurtarışla yadda qaldı.

Yakının yetirmələri inamlı qələbə ilə 1/8 finala vəsiqə qazandılar. İsveçrənin bu mərhələdəki rəqibi Kolumbiya – Qana cütünün qalibi olacaq.

Dünya Çempionatı, 1/16 final

İsveçrə – Əlcəzair – 2:0

Qollar: Embolo (11), Ndoye (46)

Baş hakim: Yael Falkon (Argentina)

İsveçrə: Kobel, Rodriqes, Akanci, Elvedi, Zakariya (Vidmer, 87), Caka, Freyler, Varqas (Rieder, 71), Manzambi (Okafor, 71), Ndoye (Ebişer, 87), Embolo (Amduni, 83).

Əlcəzair: Zidan, Ait-Nuri, Bensebayni, Mandi, Belqali (Bulbina, 83), Bentaleb (Mussa, 71), Zerruki (Quiri, 59), Şaibi, Auar (Acam, 59), Marez (Mussa, 71), Maza.

Xəbərdarlıqlar: Şaibi (36), Budaui (72)

Stadion: “Bi Si Pleys” (Vankuver, Kanada)

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16