İspaniyada futbolçunun ölümü ilə bağlı araşdırma başlanıb

03.11.26 | 23:10
Dünya futbolu

İspaniya polisi “Tenerife” klubunun 30 yaşlı futbolçusu Xesus de Miquelin ölümü ilə bağlı araşdırmaya başlayıb.

İspaniya mətbuatının məlumatına görə, futbolçu bazar ertəsi “Tenerife” ilə “Andorra” arasında keçirilən oyunda rəqib komandanın qapıçısı Xesus Ovono ilə ciddi toqquşmadan sonra xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“20minutos.es” nəşrinin xəbərinə əsasən, İspaniya Milli Polisi hadisənin təfərrüatlarını araşdırmaq üçün qətllərin istintaqı bölməsini işə cəlb edib. Bildirilib ki, ölüm faktının məhkəmə araşdırmasına çıxarıldığı hallarda belə prosedur standart xarakter daşıyır.

Hadisədən sonra “Andorra”nın qapıçısı Xesus Ovono ilə bağlı mümkün hüquqi məsuliyyət məsələsi də gündəmə gəlib. İspaniya Cinayət Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, kobud ehtiyatsızlıq nəticəsində adam ölümünə səbəb olmağa görə 1 ildən 4 ilədək həbs cəzası nəzərdə tutulur.

“El Digital de Albacete” nəşrinin məlumatına görə, bu maddə qəsdən törədilməyən, lakin kobud ehtiyatsızlıq nəticəsində baş verən ölüm hallarına şamil oluna bilər.

Bununla belə, qapıçı Xesus Ovononun hər hansı hüquqi məsuliyyətə cəlb olunub-olunmayacağı ilə bağlı hələlik yekun qərar yoxdur. Məsələnin hüquqi qiyməti aparılacaq araşdırmanın nəticələrindən asılı olacaq.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09