İspaniyada dəhşətli hadisə: Futbolçu meydanda huşunu itirdi, matç yarımçıq dayandırıldı

02.11.26 | 23:25
Dünya futbolu

İspaniya futbolunda keçirilən “Tenerife” – “Andorra” matçı dəhşətli hadisə ilə yadda qalıb. Qarşılaşmanın son dəqiqələrində baş verən ağır toqquşma nəticəsində “Tenerife”nin hücumçusu Xesus de Migel huşunu itirərək xəstəxanaya çatdırılıb. Hadisədən sonra görüş yarımçıq dayandırılıb.

2:2 hesabı ilə davam edən matçın 98-ci dəqiqəsində, hər iki komandanın bir futbolçusunun qırmızı vərəqə alaraq meydandan qovulmasından dərhal sonra qorxulu epizod yaşanıb. “Tenerife”nin hücumçusu Xesus de Migel top uğrunda mübarizədə “Andorra”nın qapıçısı Ovononun sərt müdaxiləsi ilə üzləşib. İrəli atılaraq topu uzaqlaşdırmaq istəyən qolkiper dizini rəqib futbolçunun sinəsinə çırpıb.

Güclü zərbədən sonra yerə yıxılan De Migel hərəkətsiz qalıb. Hər iki komandanın futbolçuları dərhal həkimləri köməyə çağırıb. Hakim qapıçı Ovonoya qırmızı vərəqə göstərsə də, həmin andan etibarən oyunun nəticəsi arxa plana keçib.

Meydançaya daxil olan tibbi heyət beş dəqiqədən çox hücumçuya ilkin yardım göstərib. Hətta qırmızı vərəqə alaraq meydanı tərk edən Ovono da geri qayıdaraq rəqibinin vəziyyəti ilə maraqlanıb. Daha sonra De Migel xərəkdə stadionun yaxınlığında gözləyən təcili tibbi yardım avtomobilinə aparılıb.

Təxminən 15 dəqiqəlik gərgin gözləyişdən sonra futbolçu “La Kandelariya” xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, onun vəziyyətində müəyyən yaxşılaşma qeydə alınıb və sərbəst nəfəs almağa başlayıb. Bununla belə, hücumçunun hələ də huşsuz olduğu bildirilib.

Baş hakim Manuel Anxel Peres Ernandes matçın protokolunda Ovononun qırmızı vərəqə almasına səbəb olan epizodu rəqibə qarşı həddindən artıq güc tətbiq edərək ayağını təhlükəli şəkildə qaldırması ilə izah edib.

Hakim qarşılaşmanın dayandırılması barədə qərarını da protokolda əsaslandırıb. O bildirib ki, futbolçunun vəziyyətinin ağırlığını və tibbi müdaxilədən sonra yaxşılaşma müşahidə edilmədiyini nəzərə alaraq, komandalarla məsləhətləşmələr aparılıb. Hər iki tərəfin kapitanları və rəsmi nümayəndələri oyunu davam etdirmək üçün mənəvi-psixoloji vəziyyətdə olmadıqlarını bildiriblər. Nəticədə tərəflərin razılığı ilə qarşılaşmanın yarımçıq dayandırılmasına qərar verilib.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09