Dünya çempionatının qalibi olan İspaniya millisinin baş məşqçisi Luis de la Fuente milli ilə sözləşməsini yeniləyib.
Əvvəlki razısmaya əsasən 65 yaşlı mütəxəssisin müqaviləsi 2028-ci ildə başa çatmalı idi. 2022-ci ildən yığmaya rəhbərlik edən təcrübəli məşqçi komandanı iki il əvvəl Avropa çempionatına, ötən yay isə dünya çempionatına qələbəyə daşıyıb.
Yeni müqavilə sayəsində De la Fuente İspaniyanı nəinki 2028 və 2032-ci illərdə keçiriləcək Avropa çempionatlarında, həm də ölkənin ev sahiblіyi edəcəyi 2030-cu il dünya çempionatında çalışdıracaq.
Onun rəhbərliyi altında keçirilən 41 rəsmi matçda ispaniyalılar cəmi iki dəfə məğlub olublar. Xatırladaq ki, yığma onun rəhbərliyi ilə 2023-cü ildə UEFA Millətlər Liqasının qalibi olub, ötənilki finalda isə Portuqaliyaya uduzub.