Mərakeş millisinin yarımmüdafiəçisi İsmael Saybari dünya çempionatında unikal rekordlara imza atıb. 25 yaşlı futbolçu mundialda ardıcıl üç matçda fərqlənən ilk mərakeşli kimi tarixə düşüb.
Bununla da kifayətlənməyən Saybari, dünya çempionatlarının qrup mərhələsində ardıcıl 3 oyunda qol vuran ilk afrikalı oyunçu olub. O, həmçinin bir mundialda 3 qol vuran ilk afrikalıdır (Sonuncu dəfə bu uğuru 2010-cu il mundialında Qana seçməsi ilə yarımfinalın biraddımlığında dayanan Asamoa Qyan təkrarlamışdı).
Mərakeş seçməsi turnirdə mübarizəni davam etdirdiyi üçün Saybarinin Qyanı geridə qoymaq və 1990-cı ildəki performansı ilə əfsanələşən kamerunlu Roje Millanın rekorduna şərik olmaq şansı hələ də qalır.