Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə reytinq xarakterli Dünya Kuboku start götürüb. Turnirin ilk günündə Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov möhtəşəm startla diqqət çəkib.
70 kq çəki dərəcəsində ölkəmizi təmsil edən boksçumuz ilk mərhələdə Türkiyə idmançısı Necat Ekinçi ilə qarşılaşıb. Gərgin keçən döyüşün sonunda hakimlərin qərarı ilə (3:2) qalib gələn İsgəndərov adını növbəti mərhələyə yazdırıb. Hakimlərin xal hesabı aşağıdakı kimi olub: 30:27, 28:29, 30:27, 28:29, 29:28.
Təmsilçimiz 1/8 final mərhələsində Tacikistan boksçusu Murodjon Aşuraliyevlə qüvvəsini sınayacaq. Bu qarşılaşma aprelin 22-də baş tutacaq.
Sonda onuda deyək ki, Dünya kuboku aprelin 26-da yekunlaşacaq.