DÇ-2026-nın qrup mərhələsində Misirlə qarşılaşacaq İran millisi növbəti dəfə ABŞ rəsmilərinin süni əngəli ilə üzləşib. Əmir Qalenoinin rəhbərlik etdiyi komanda 3-cü turun Misirə qarşı keçiriləcək matçı üçün Sietlə yollanarkən hava limanında saxlanılıb. İran Futbol Federasiyasının rəsmi bəyanatına görə, gecikməyə səbəb ABŞ hakimiyyət orqanlarının komandanın ulduzu Mehdi Taremi və məşqçi Səid Alhoyiyə qarşı xüsusi yoxlamalar tətbiq etməsi olub.
“Komandamız artıq üçüncü dəfədir ABŞ-a səfər edir, lakin hər dəfə oxşar problemlərlə qarşılaşırıq. Ev sahibi ölkənin Taremi və Alhoyiyə qarşı əsassız müdaxiləsi ucbatından bütün heyət hazırda hava limanında gözləmək məcburiyyətində qalıb.” — Federasiyanın bəyanatından
Qeyd edək ki, Məhəmməd Salahlı Misir seçməsi ilə İran arasında qarşılaşma iyunun 27-də Sietldə keçiriləcək. Komanda yalnız ulduz hücumçusu və məşqçisinin sənəd işləri həll olunduqdan sonra şəhərə uça biləcək.