İngiltərə millisi dünya çempionatlarının rekordçusudur: 13-cü “quru” heç-heçə

24.06.26 | 11:08
Dünya futbolu

İngiltərə millisi dünya çempionatları tarixində hesabı açılmayan oyunların sayına görə mütləq rekordçudur. DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Qana ilə keçirilən görüş (0:0) “Üç şirlər”in mundiallar tarixindəki 13-cü belə matçı olub. Ümumilikdə isə ingilislər dünya çempionatlarında 23 dəfə meydandan bərabərliklə ayrılıblar.

Bu unikal göstəricini rəhbər tutaraq, İngiltərə millisinin dünya çempionatlarında qolsuz başa çatan bütün oyunlarının xronologiyasını təqdim edirik.

İngiltərənin DÇ-lərdə qolsuz bitən matçları (13):

1958 — Braziliya

1962 — Bolqarıstan

1966 — Uruqvay

1982 — AFR (Almaniya Federativ Respublikası)

1982 — İspaniya

1986 — Mərakeş

1990 — Niderland

2002 — Nigeriya

2006 — Portuqaliya (penaltilər seriyasında məğlubiyyət)

2026 — Qana

2010 — Əlcayir

2014 — Kosta-Rika

2022 — ABŞ

Dünya çempionatları tarixində qeydə alınan ilk 0:0 hesabı da məhz İngiltərə millisinə məxsusdur. Onlar 1958-ci ildə gənc Pelenin də heyətində yer aldığı gələcək dünya çempionu Braziliya ilə oyunda qollara həsrət qalmışdılar.

Digər maraqlı məqam isə 1982-ci il mundialıdır. Həmin turnirdə ingilislər heç bir oyunda məğlub olmasalar və 5 matçda cəmi 1 qol buraxsalar da, ikinci qrup mərhələsində ardıcıl iki 0:0 (AFR və İspaniya ilə) səbəbindən yarımfinala yüksələ bilməmişdilər.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46