İngiltərə – Argentina yarımfinalı öncəsi Belligem təşvişi: ulduz futbolçu zədələnib?

14.07.26 | 01:50
Dünya futbolu

Çərşənbə günü keçiriləcək İngiltərə – Argentina yarımfinal matçı öncəsi rəqib tərəfin mətbuatı Cud Belligemin zədələndiyini iddia edib. İngiltərə düşərgəsində isə ulduz futbolçunun durumu ilə bağlı narahatlıq artır.

Narahatlığa səbəb 1/4 finalda Norveçə qalib gəldikləri oyundan sonra yayılan görüntülər olub. Mayamidəki “Hard Rock” stadionunun miks-zonasından keçərkən 23 yaşlı yarımmüdafiəçinin sol çiynini tutduğu və ağrı hiss etdiyi görünür. Baş məşqçi Tomas Tuxellə söhbət zamanı da eyni çiyninə toxunması şübhələri daha da artırıb.

Belligemin sol çiyin problemi təzə deyil. O, “Real”ın heyətində zədələndikdən sonra ötən ilin iyulunda əməliyyat olunmuşdu. Hətta çiynindəki əməliyyat yığmanın düşərgəsindən çəkilən fotolarda da aydın görünür. Mütəxəssislərin fikrincə, kəskin fiziki gərginlik zamanı həmin nahiyədə ağrılar təkrarlana bilir.

Buna baxmayaraq, “Real”ın ulduzu cari Dünya Çempionatında möhtəşəm təsir bağışlayır. Keçirdiyi 6 oyunda 6 qol vuran Belligem, xüsusilə Norveçlə dramatik matçda dubl edərək komandasını yarımfinala daşıyan qəhrəman oldu.

Şayiələrə baxmayaraq, İngiltərə düşərgəsində heç kim onun Atlantadakı “Mercedes-Benz” stadionunda Argentinaya qarşı meydana çıxacağına şübhə etmir. Ən pis halda, o, Maddridə olduğu kimi sahəyə xüsusi fiksəedici sarğı ilə daxil olacaq.

Qolu sınan Cordan Henderson və Norveçlə oyunda kiçik narahatlıq yaşayan Deklan Raysı çıxmaq şərtilə, ingilislərin heyətində başqa ciddi itki yoxdur.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16