Oyun əvvəldən-axıra İngiltərə yığmasının üstünlüyü ilə keçdi. Lakin matçın əvvəlində Konqonun hesabı açması ingilisləri çətin duruma saldı. Bundan sonra da Tuxelin komandası aramsız hücumlar etdi. Rəqibə topla rahat davranmaq üçün məsafə verməyən və çoxluqla müdafiə olunan afrikalılar ilk yarının sonuna yaxın hesabı artıra da bilərdilər. Amma qapı önündə boş qalan Sadiki dəqiq zərbə endirə bilmədi. İngilislər də öz imkanlarından yararlanmadı.
İkinci hissə də eyni ssenari ilə davam etdi. İngiltərə hücum edir, Konqo səhvsiz müdafiə olunurdu. Oyunda dönüşü Tuxelin əvəzetmələri yaratdı. Meydana sonradan girən Saka, Qordon və Eze topu daha yaxşı saxlayır, daha məntiqli davranırdılar. Omıarın sayəsində Keyn də rahat mövqe qazanmağa başladı və forvard ustalığı sayəsində komandasına qələbə qazandırdı. Birinci qolda zərbə mövqeyinə çıxaraq başla topu qapıdan keçirdi. İkinci epizodda isə Qordonun pası qol vəziyyəti deyildi. Lakin Keyn arxası qapıya olsa da azacıq sola keçib 3 müdafiəçinin müşaiyətində yarımçevrili vəziyyətdə qapıya güclü zərbə endirməklə topa tora göndərdi. Bu artıq Keynin ustalığı idi. Konqolular “Bavariya” forvardına azacıq manevr imkanı verməyin cəzasını çəkdi.
İngiltərə – Konqo DR 2:1
Atlanta. “Merseses Bents Stedium”.
Hakim: Adam Muhammed (İordaniya)
İngiltərə: Pikford, Spens (Eze, 71), Konsa, Gexi, O’Rayli, Anderson, Rays (Stouns, 90), Madueke (Saka, 61), Bellingem, Reşford (Qordon, 61), Keyn.
Konqo DR: Mpasi-Nzau, Van-Bissaka, Tuanzebe, Mbemba, Masuaku (J. Kayembe, 89), Mukau (E. Kayembe, 76), Mutussami (Mayele, 89), Sadiki, Mbyuku (Elia, 64), Vissa, Sipenqa (Bonqonqa, 76).
Qollar: Sipenqa, 7 (0:1). Keyn, 75 (1:1). Keyn, 86 (2:1).
Sarı vərəqələr: Bellingem, 19. Sadiki, 28.