İnfantinonu tənqid edən müavini işdən qovuldu

18.08.26 | 02:44
Dünya futbolu

FIFA-da növbəti böyük qalmaqal alovlanıb. Təşkilatın Baş Əməliyyat Direktoru (COO) Kevin Lamur prezident Canni İnfantinonun planlarını açıq şəkildə tənqid etdikdən sonra vəzifəsindən kənarlaşdırılıb.

“The Athletic” nəşrinin məlumatına görə, tərəflər arasında gərginliyə İnfantinonun Dünya Çempionatının kommersiya gəlirlərinin bir hissəsini özəl investorlara satmaq istəyi səbəb olub. AP agentliyinə müsahibəsində bu layihəyə kəskin etiraz edən Lamur rəhbəri tərəfindən aldadıldığını bildirib. Eyni məsələyə görə İnfantinonun müşaviri Karlos Kordeyro da etiraz əlaməti olaraq istefa verib.

FIFA avqustun 17-də Lamurla əməkdaşlığa son qoyulduğunu rəsmən təsdiqləyib.

FIFA-nın baş katibi Matias Qrafström əməkdaşlara göndərdiyi elektron məktubda bu qərarın hərtərəfli təhlildən sonra, Lamurun peşəkarlığına və şəxsiyyətinə böyük hörmətlə qəbul edildiyini vurğulayıb.

Əvvəllər UEFA-da İnfantinonun müavini kimi çalışan və 2024-cü ildən FIFA-da bu vəzifəni icra edən Lamur rəhbərliyi tənqid edərkən işini itirə biləcəyini öncədən nəzərə aldığını gizlətməmişdi: “Futbol rəhbərlərinin doğru suallar vermək və düzgün qərarlar qəbul etmək vaxtı çatıb. Əgər fikirlərimi dediyim üçün işimi itirəcəəmsə, qoy elə olsun. Bu qərara hörmətlə yanaşıram. Ən azından bu gecə vicdanım rahat yatacam”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46