Premyer Liqanın III turunun ilk oyun gününə Sumqayıtda yekun vurulub. Turnirin debütantı “Şəfa” “SOKAR Polymer Arena”da “İmişli”ni qəbul edib.
Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Matçın 55-ci dəqiqəsində Seyxan Fərəcovun vurduğu qol “İmişli”yə 3 xal qazandırıb.
“Şəfa” – “İmişli” 0:1
Qol: Seyxan Fərəcov, 55 (0:1)
Stadion: Sumqayıt, “SOKAR Polymer Arena”
“Şəfa”: Nicat Mehbalıyev, Murad Musayev (k), Rauf Hüseynli, Fərid Yusifli, Dilan Mertens, Bafode Dansoko, Maudo Jarju, Mussa Quell, Andrey Draqu, Luis Felipe, Kristofer Mamengi.
Baş məşqçi: Zaur Həşimov
“İmişli”: Yusif İmanov, Bəxtiyar Həsənalızadə, Azər Salahlı (k), Fərid Nəbiyev (Deku, 67), İdris İnqilablı, Seyxan Fərəcov, Vüsal Qənbərov, Edvin Banqera, Dioqu Almeyda, Dioqu Rollo, Juninyo.
Sarı vərəqə: Deku (“İmişli”)