”İmişli” heyətin optimallaşdırılması çərçivəsində növbəti ayrılığı reallaşdırıb. Premyer Liqa təmsilçisi belaruslu qapıçı Andrey Sinenko ilə yolları ayırıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, “İmişli” bundan əvvəl portuqaliyalı müdafiəçi Rafael Vieqas da daxil olmaqla, daha 8 futbolçu ilə vidalaşmışdı. Sinenkonun gedişi ilə klubun cari transfer mövsümündə yollarını ayırdığı oyunçuların sayı artmaqda davam edir.