İkardi İstanbulda məhkəməyə verildi

06.11.26 | 16:27
Dünya futbolu

“Qalatasaray”dan ayrılan Mauro İkardi bu dəfə meydandan kənarda problemlə üzləşib. Argentinalı futbolçu İstanbulda kirayələdiyi lüks villanı müqavilə müddəti başa çatmadan boşaltdığı üçün məhkəməyə verilib.

Türkiyə mediasının məlumatına görə, İkardi ötən il İstanbulun Göktürk rayonunda yerləşən villanı illik 504 min dollara kirayələyib. Lakin futbolçu birillik müqavilənin başa çatmasına dörd ay qalmış evi tərk edib. Əmlakın sahibi olan şirkət isə qalan müddət üçün ödəniş tələb edib.

Şirkət İkardidən dörd aylıq kirayə haqqı kimi 8 milyon lirə (təxminən 185 min dollar) tələb edib. Futbolçunun bu ödənişdən imtina etməsindən sonra məsələ məhkəməyə çıxarılıb. İkardinin vəkilləri isə borcun tutulması ilə bağlı başladılan icra proseduruna etiraz ediblər.

Bununla yanaşı, şirkət villanın futbolçu tərəfindən zədələndiyini iddia edərək ona maddi ziyan vurulduğunu bildirib. Əmlak sahibi, həmçinin İkardinin ölkəni tərk edə biləcəyi ehtimalını əsas gətirərək onun əmlakına qabaqlayıcı həbs qoyulmasını istəyib.

Lakin İstanbul Mülki Məhkəməsi bu vəsatəti təmin etməyib. Bununla belə, kirayə borcu və dəymiş ziyanla bağlı tərəflər arasındakı məhkəmə çəkişməsi davam edəcək.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09