Halandın yoxluğunda səhnəyə 17 yaşlı futbolçu çıxdı və dubl etdi!

18.09.26 | 03:58
Dünya futbolu

“Mançester Siti”nin baş məşqçisi Enso Mareska “Norviç”lə Liqa Kubokunun oyununda hücumun əsas ulduzu Erlinq Halanda istirahət verib. Norveçli hücumçunun yoxluğunda 17 yaşlı Floyd Samba üçün əsas komandada ilk dəfə meydana çıxmaq şansı yaranıb. Gənc futbolçu isə bu fürsətdən maksimum yararlanıb.

Samba 29-cu dəqiqədə baş zərbəsi ilə hesabı açaraq debütünü ilk qolla qeyd edib.

Bundan sonra “Mançester Siti” üstünlüyünü daha da artırıb. Rayan Şerki hesabı 2:0-a çatdırıb. İkinci hissənin əvvəlində komandanın digər yeni transferi Allan Elias üçüncü qolu vurub.

53-cü dəqiqədə isə yenidən səhnəyə Samba çıxıb. 17 yaşlı hücumçu cərimə meydançasının kənarından topu mükəmməl zərbə ilə uzaq küncə göndərərək özünün ikinci, komandasının dördüncü qolunu vurub.

Görüşün yekununda “Mançester Siti” 5:0 hesablı qələbə qazanıb.

Samba debütünü belə qiymətləndirib: “Hələ də buna inanmaq mənim üçün çətindir. Belə debüt inanılmazdır. Amma bu, yalnız başlanğıcdır, qarşıda uzun karyeram var. Fantastik debüt oldu”.

17 yaşlı futbolçu daha əvvəl İngiltərənin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edib. Bununla yanaşı, onun Fransa və Almaniya milli komandalarını seçmək imkanı da var.

İngiltərədə doğulan Sambanın anası alman, atası isə vaxtilə “Blekbern”də çıxış edib və Konqo Respublikasının millisində oynamış fransalı mərkəz müdafiəçisi Kristofer Sambadır.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09