Holandın pivə reklamı Norveçdə qalmaqal yaratdı

30.04.26 | 14:45
Dünya futbolu

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Holand ABŞ-ın nəhəng pivə istehsalçısı ilə imzaladığı yeni reklam müqaviləsi və çəkildiyi musiqili kliplə vətəni Norveçdə şok effekti yaradıb. Alkoqol reklamına qoyulan sərt qadağalar səbəbindən həmin çarxın Norveç televiziyalarında nümayişi qeyri-mümkündür.

FİFA-nın uzunillik tərəfdaşı olan Budweiser brendi ilə əməkdaşlığa başlayan Holand, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi qarşıdakı Dünya Çempionatı zamanı şirkətin rəsmi siması olacaq. Çərşənbə axşamı yayımlanan ilk reklam çarxında Erlinq ilə yanaşı, atası Alf-İnge Holand və məşhur məşqçi Yurgen Klopp da yer alıb. Ulduz futbolçu bu tərəfdaşlığı belə şərh edib: “Özümün ilk Dünya Çempionatında maksimum gücümü ortaya qoymaq niyyətindəyəm. Kampaniyanın “Qoy sel kimi axsın” (Let it pour) şüarı turniröncəsi hisslərimlə tam üst-üstə düşür”.

Lakin futbolçunun bu addımı ölkəsində birmənalı qarşılanmayıb. Norveç Futbol Federasiyası (NFF) ilə əməkdaşlıq edən və spirtli içkilərə qarşı mübarizə aparan “Av og til” təşkilatı kəskin bəyanatla çıxış edib. Təşkilatın baş katibi Raqnhild Kaski bildirib: “Norveç gəncliyinin kumiri olan bir idmançının spirtli içki reklamına çəkilməsi həm sarsıdıcı, həm də son dərəcə qeyri-etikdir. Videoda Norveç bayrağı və milli komanda formasının görünməsi dolayısı ilə NFF-in reklamı kimi qəbul edilə bilər ki, bu da qətiyyən yolverilməzdir.”

Ekspertlər xatırladırlar ki, Norveç futbolunun ulduzları heç də həmişə alkoqol brendlərinə üstünlük verməyiblər. Məsələn, 1994-cü ildə ABŞ-da keçirilən mundialda milli komandanın oyunçuları və baş məşqçi Egil “Drillo” Olsen dondurma reklamı ilə gündəmə gəlmişdilər. O zaman böyük rəğbətlə qarşılanan “Drillo Is” markası satış rekordlarını alt-üst edərək, uzun illər bazarın liderinə çevrilmişdi.

Marketinq üzrə professor Anders Mamenin fikrincə, “Budweiser” ABŞ-da nəhəng olsa da, Avropa bazarında mövqelərini möhkəmlətməyə ehtiyac duyur: “Holandın dünya şöhrəti və skandinaviyalıların “pivəsevər” imici ilə assosiasiya olunması şirkətin satışlarını artırmaq üçün ideal gedişdir”.

Hazırda Norveç ictimaiyyəti ulduz futbolçunun milli dəyərləri, yoxsa kommersiya maraqlarını üstün tutduğunu müzakirə edir.

Paylaş:

Xəbər Lenti

Meksika pley-off-u təmin etdi

19.06.26 | 08:06

TV PROQRAM

19.06.26 | 00:50

Tarixi oyun, tarixi jest: Əfsanəvi Kollina Kovaç üçün görünməmiş hədiyyə hazırladı

19.06.26 | 00:31

Qətər 9 oyunçu ilə darmadağın oldu

19.06.26 | 00:03

Neymarın zədəsi tam sağalmayıb: Haiti ilə oyunuda buraxacaq

19.06.26 | 00:42

Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02

İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04

“Qarabağ”ın yetirməsi legioner həyatı yaşayacaq: Yeni klubu bəlli oldu

18.06.26 | 23:50

“Zirə” Avrokubok oyunlarına Bakıda və Boluda hazırlaşır

18.06.26 | 20:31

Çexiya və Cənubi Afrikadan hər iki komandanı çətin duruma salan sülüh

18.06.26 | 20:59

“Turan Tovuz” Türkiyə toplanışını ləğv edərək vətənə döndü!

18.06.26 | 18:05

Çempionlar Liqasının püşkü atıldı: “Neftçi”nin ilk rəqibi bəlli oldu

18.06.26 | 18:09

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29

DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28

DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39

Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39