Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25
Dünya futbolu

Portuqaliya üçün DÇ-nin startı gözlənildiyi kimi alınmayıb. Turnirin favoritlərindən sayılan pireneylilər ilk turda Konqo DR ilə heç-heçə edib – 1:1.

Komandasını qələbəyə daşıya bilməyən 41 yaşlı Kriştianu Ronaldu üçün bu qarşılaşma xüsusilə uğursuz olub. Meydanda 90 dəqiqə qalan ulduz hücumçu nə qol vura bilib, nə də oyunu ilə yadda qalıb. Bununla da Ronaldu dünya və Avropa çempionatlarının final mərhələlərində ardıcıl 10-cu oyununu qolsuz başa vurub.

Matçdan sonra Konqo DR yığmasının 21 yaşlı dayaq yarımmüdafiəçisi Ngalayel Mukau “TNT Sports”a müsahibəsində Ronaldunu necə zərərsizləşdirmələrindən danışıb. Konqolu futbolçu ulduz hücumçuya qarşı xüsusi planlarının olmadığını etiraf edib: “Açığı, xüsusi planımız yox idi. Çünki hamımız onun artıq əvvəlki gücündə olmadığını və qocaldığını bilirik. Əlbəttə, o, futbol tarixinin ən böyük oyunçularından biridir və ona hörmətimiz sonsuzdur. Lakin müəyyən yaşa çatdıqdan sonra hər şey dəyişir, insan artıq əvvəlki enerjini və performansı ortaya qoya bilmir”.

Qrupun növbəti oyunlarında Portuqaliya və Konqo DR yığmaları Kolumbiya və Özbəkistan yığmaları ilə qarşılaşacaqlar.

Paylaş:

Xəbər Lenti

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29

DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28

DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39

Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39

Mundialın qəhrəmanı anasına qovuşur

18.06.26 | 07:50

Messinin göz yaşlarının səbəbi idman deyil, ailə dramıdır

17.06.26 | 23:01

DÇ-də şok ittiham: Vahini polis tərəfindən saxlanılıb

17.06.26 | 22:58

Mbappe və Kamavinqanın məsləhəti işə yaradı: Olise “Real”a “hə” dedi

17.06.26 | 22:28

Ronaldo üçün tarixi oyunda Portuqaliya xal itirdi

17.06.26 | 21:48

“Qarabağ”dan 4-cü transfer: Bruno Lanqa rəsmən Ağdam klubunda

17.06.26 | 21:21

Sadıqov: “Sonda mərhələ keçən tərəf olmaq istəyirik”

17.06.26 | 18:37

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48