Çexiya və Cənubi Afrikadan hər iki komandanı çətin duruma salan sülüh

18.06.26 | 20:59
Dünya futbolu

DÇ-2026-nın qrup mərhələsinin II turu çərçivəsində keçirilən Çexiya – Cənubi Afrika matçı 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə hər iki komandanı çətin vəziyyətə salıb. Hesabında 1 xalı olan tərəflər indi qrupdakı talelərini müəyyən etmək üçün Meksika və Cənubi Koreya duelinin nəticəsini gözləməli olacaqlar.

Turnirin yenilənmiş formatına rəğmən, ardıcıl iki məğlubiyyətdən sonra pley-offa yüksəlmək demək olar ki, qeyri-mümkündür. Məhz buna görə də bu qarşılaşmanın qalibi 1/16 final ümidlərini qoruyacaq, məğlub tərəf isə vaxtından əvvəl evə dönməli olacaqdı.

Xatırladaq ki, çexlər turnirə Cənubi Koreyaya 1:2 hesabı ilə uduzaraq başlamışdı, afrikalılar isə ilk turda Meksikaya müqavimət göstərə bilməmişdi (0:2). Odur ki, növbəti xal itkisi hər iki yığmanın qrupdan çıxmaq şansını sual altında qoyurdu.

Miroslav Koubekin yetirmələri Atlantadakı matça fırtına kimi başladılar. Hələ 45-ci saniyədə Patrik Şik qola çox yaxın olsa da, çexlər istəyinə bir qədər sonra çatdı. İnadkar hücumların bəhrəsi olaraq, Aleksandr Soykanın zərgər dəqiqliyi ilə ötürdüyü topu Mihal Sadilek tora göndərdi. Afrikalılar cavab verməyə çalışsa da, Matey Kovarjın qoruduğu qapı qarşısında kəsərlilik çatışmırdı.

Fasilədən sonra çexlərin fərqi artırmaq üçün bir neçə real şansı olsa da, hücum xəttindəki soyuqqanlılıq çatışmazlığı matçın taleyini erkən həll etməyə imkan vermədi. Qarşı tərəf isə ruhdan düşmədi. Görüşün qırılma nöqtəsi 83-cü dəqiqədə yaşand.  Çexiyalı müdafiəçinin cərimə meydançasında əllə oynamasından sonra baş hakim tərəddüd etmədən penalti nöqtəsini göstərdi.

Teboho Mokoena zərbəni inamla yerinə yetirərək tarazlığı bərpa etdi. Matçın son dəqiqələrində CAR millisi daha bir neçə təhlükəli hücum qursa da, hesab dəyişməz qaldı.

Çexiya – CAR – 1:1

Qollar: Sadilek (6) – Mokoena (83, penalti)

Baş hakim: Tori Penso (ABŞ)

Stadion: “Mercedes-Benz Stadium” (Atlanta, ABŞ)

Çexiya: Kovarj, Qranaç, Qoleş, Kreyçi, Tsoufal, Sadilek (Souçek, 67), Darida (Zelenı, 55), Çerv (Zima, 78), Soyka (Şults, 55), Qlojeks (Provod, 67), Şik.

CAR: Uilyams, Mudau, Okon, Mbokazi, Modiba, Mokoena, Mbata, Adams (Mofokenq, 46), Maseko (Sebelebele, 85), Reyners (Makqopa, 66), Appollis.

Sarı vərəqələr: Kreyçi (75) – Mokoena (33), Mbata (40)

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46