Harri Keyndən tarixi nailiyyət: Kloze və Mbappeni geridə qoydu!

02.07.26 | 00:44
Dünya futbolu

İngiltərə millisinin hücumçusu Harri Keyn dünya və Avropa çempionatlarının tarixinə düşüb. Təcrübəli forvard qitə futbolu tarixində özünəməxsus rekorda imza atıb.

DÇ-2026-nın 1/16 final mərhələsində DR Konqo ilə matçda dubl edən Keyn, böyük turnirlərdə vurduğu qolların sayını 20-yə (13 qol dünya çempionatlarında, 7 qol Avropa çempionatlarında) çatdırıb. Bu göstərici ilə o, almaniyalı əfsanə Miroslav Klozeni və fransalı ulduz Kilian Mbappeni geridə qoyaraq, böyük turnirlərdə ən çox qol vuran ikinci avropalı futbolçu olub.

Hazırda bu siyahıda liderlik 24 qolla portuqaliyalı ulduz Kriştianu Ronalduya məxsusdur.

Avropanın ən məhsuldar forvardları (DÇ və AÇ)

№        Futbolçu                         Ölkə                                     Qol 

1            Kriştianu Ronaldu         Portuqaliya                          24

2            Harri Keyn                     İngiltərə                               20

3            Miroslav Kloze              Almaniya                             19

4            Kilian Mbappe               Fransa                                  19

5            Gerd Müller                    Qərbi Almaniya (AFR)       18

Harri Keynin böyük turnirlərdəki bütün qolları (20 qol)

İngiltərə seçməsinin kapitanının qol siyahısı xronoloji ardıcıllıqla aşağıdakı kimidir:

DÇ-2018: Tunis (dubl), Panama (het-trik), Kolumbiya

AÇ-2020: Almaniya, Ukrayna (dubl), Danimarka

DÇ-2022: Seneqal, Fransa

AÇ-2024: Danimarka, Slovakiya, Niderland

DÇ-2026: Xorvatiya (dubl), Panama, DR Konqo (dubl)

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31