Batut gimnastikası üzrə millimiz İtaliyanın Rikkone şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.
Azərbaycan Gimnastika Federasiyanın məlumatına görə, sinxron proqramda Hüseyn Abbasov – Maqsud Məhsudov, Ammar Baxşəliyev – Fərhad Mustafayev və Ömər Qasımlı – Məhəmməd Həsənli cütlükləri qızıl medal qazanıb.
Fərdi proqramda da Hüseyn Abbasov və Ammar Baxşəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Məhəmməd Həsənli isə bu proqramda gümüş medala sahib olub.
Beləliklə, gimnastlarmız turniri 4 qızıl və 1 gümüş medalla başa vurublar.