Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35
Ölkə futbolu

Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Şamaxı” qarşılaşması meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb (1:0). Matçdan sonra keçirilən mətbuat konfransında Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov qələbə təəssüratlarını bölüşüb və rəqibin oyun üslubunu yüksək qiymətləndirib.

Mütəxəssis ilk növbədə “Şamaxı”nın müdafiə və hücum balansına diqqət çəkərək, oyunun proqnozlaşdırılan çətinliklərindən danışıb: “Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. Şamaxı çempionatın ən möhkəm, taktiki cəhətdən ən yaxşı strukturlaşmış komandasıdır. Onlar oyunun hər bir fazasında sistemli şəkildə işləyirlər. Xüsusilə standart vəziyyətlər zamanı rəqibin yaratdığı təhlükələri anlayırdıq və buna hazır idik.”

Füzuli Məmmədov komandasının meydandakı fədakarlığını xüsusi qeyd edib və qazanılan üç xalın gərgin hazırlıq prosesinin nəticəsi olduğunu vurğulayıb: “Matça çox ciddi hazırlaşmışdıq və sevindirici haldır ki, futbolçular qarşıya qoyulan tapşırıqları maksimum dərəcədə yerinə yetirdilər. Meydanda əsl döyüşkənlik, əzm və rəşadət nümayiş etdirdilər. Göstərdikləri bu xarakterə və son dəqiqəyədək mübarizə apardıqlarına görə hər birinə təşəkkür edirəm”.

Gərgin keçən qarşılaşmadan sonra baş məşqçi eyforiyaya qapılmadan qarşıdakı oyunlara kökləndiklərini bildirib: “Bu qələbəni geridə qoyub, növbəti matçımız üçün hazırlıqlara start verəcəyik.”

Paylaş:

Xəbər Lenti

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29