Füzuli Məmmədov: “Qırmızı vərəqə bütün planlarımızı alt-üst etdi”

28.04.26 | 00:50
Ölkə futbolu

Premyer Liqanın 29-cu turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub olan “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov qarşılaşmadan sonra media mənsublarının suallarını cavablandırıb. Bakı təmsilçisi ilə oyunu şərh edən mütəxəssis, məğlubiyyətin əsas səbəblərinə toxunub.

Oyunun çətin keçəcəyini öncədən bildiklərini vurğulayan Məmmədov, rəqibin gücünü xüsusi qeyd edib: “Sabah”ın necə güclü komanda olduğu turnir cədvəlindəki mövqeyindən də aydın görünür. Bu matça çox ciddi hazırlaşmışdıq və hədəfimiz ən azı bir xal qazanmaq idi. Təəssüf ki, erkən qırmızı vərəqə oyunun gedişatına ciddi təsir etdi. Belə rəqibə qarşı tam heyətlə oynamaq belə çətindir, on nəfərlə qalmaq isə işimizi daha da mürəkkəbləşdirdi. Azlıqda qaldıqdan sonra meydanda boş zonalar verməyə başladıq. Müdafiə xəttinin və qapıçımızın inamlı çıxışı sayəsində ilk hissədə qapımızı toxunulmaz saxlaya bildik. Lakin fasilədən sonra yol verdiyimiz səhvlər qollarla nəticələndi”.

Komandanın bu mövsümkü cəsarətli futbolundan fərqli olaraq, bu gün daha çox müdafiəyə çəkilməsi ilə bağlı suala baş məşqçi belə aydınlıq gətirib: “Rəqibi dərindən analiz etmişdik. “Sabah”ın ən təhlükəli tərəfi pressinqdir; onlar rəqibi sıxaraq səhvə məcbur edir və qol epizodları yaradırlar. Bizim məqsədimiz onlara bu imkanı verməmək idi. Hesab 0:2 olduqdan sonra rəqib də on nəfərlə qaldı. Lakin biz irəli böyük qüvvə ilə atılsaydıq, əks-hücumda yaxalanma riskimiz çox idi. Bu səbəbdən nizam-intizamı qorumağa və qapalı futbol oynamağa üstünlük verdik”.

Sonda futbolçularına göstərdikləri əzmə görə təşəkkür edən Füzuli Məmmədov, gələcək oyunlara fokuslanacaqlarını bildirib: “Çempionat davam edir. Məğlubiyyətə baxmayaraq, ruhdan düşmürük və sona qədər mübarizə aparacağıq”.

Paylaş:

Xəbər Lenti

Karlos Korberan “Valensiya”dan qovuldu

14.09.26 | 03:11

“Şəfa” – “Sabah” oyunu ilə V tura yekun vurulacaq

14.09.26 | 03:13

“LANDAU Layons” Avrokuboklarda mübarizəyə başlayır

14.09.26 | 03:39

Lamin Yamal: “Qızıl top”a Mbappədən daha çox layiqəm”

14.09.26 | 02:17

Hakim xətası “Siti”yə qələbə, Holanda isə rekord gətirdi

14.09.26 | 02:59

Qələbə qolundan sərxoş qəzaya: Maldini sürücülük vəsiqəsini itirdi

14.09.26 | 02:18

Ronaldo azarkeşlərin biabırçı hərəkətinə qəzəbləndi: “Bu, artıq futbol deyil!”

14.09.26 | 01:03

“Sabah”ın rəqibləri xəbərdarlıq edir: əsas təhlükə haradadır?

14.09.26 | 01:37

“Qarabağ”la matçdan sonra Rəşad Sadıqovdan səmimi etiraflar: “Fasilə bizə lazım deyildi”

14.09.26 | 00:47

Zaur İsmayılov: “VAR-a baxmağa ehtiyac yox idi, penalti olduğu dərhal görünürdü”

14.09.26 | 00:16

Qurban Qurbanov sükutu pozdu: “Abbas Hüseynova hər şey deyilib, bu mövzu bağlanıb”

14.09.26 | 00:08

“Qarabağ” “Zirə” səddini aşa bilmədi

13.09.26 | 23:00

“Turan Tovuz”dan bəyanat: “Sistemli təzyiqlə üz-üzəyik, təmiz qolumuz ləğv edilir, absurd penalti təyin olunur”

13.09.26 | 19:54

Qurban Berdiyev Şamaxıdakı heç-heçədən narazıdır: “İki xal itirdik, belə penalti görməmişdim”

13.09.26 | 19:11

“Araz-Naxçıvan” və “Turan Tovuz”dan 4 qolluq heç-heçə

13.09.26 | 19:52

FİFA susur, Mərakeş finalın yerini elan edir: DÇ-2030-un  finalı ilə bağlı qalmaqal

13.09.26 | 19:31

Deku “Qızıl top” seçimini topa tutdu: “Bu, qlobal qalmaqaldır!”

13.09.26 | 18:38

Budapeştdə Rəşid Məmmədəliyev zəfəri: IJF cüdoçumuzun qızıl medalından yazd

13.09.26 | 12:46

Artetadan mübahisəli penalti qərarına sərt reaksiya: “Bu, cüdo fəndidir, penalti deyil!”.

13.09.26 | 12:20

Mbappedən penalti revanşı və dubl

13.09.26 | 11:32