Futbol dünyasında sensasiya: Ronaldinyo 46 yaşında yaşıl meydanlara qayıdır!

20.08.26 | 18:36

Bütün zamanların ən texnikalı və sevilən futbolçularından biri olan əfsanəvi Ronaldinyo İtaliyaya gəlib. 2015-ci ildən bəri peşəkar matçlarda sehrli driblinqlərini görmədiyimiz braziliyalı ulduz karyerasını bərpa etmək üçün gözlənilməz addım atıb.

 Cümə axşamı xüsusi təyyarə ilə İtaliyanın Forli hava limanına gələn 46 yaşlı sabiq futbolçu həmin ərazidən təxminən 30 kilometr aralıda yerləşən, C Seriyasında mübarizə aparan “Ravenna” klubunun heyətində çıxış edəcək. Hələlik onun rəsmi olaraq nə vaxt debüt edəcəyi və neçə matçda meydana çıxacağı dəqiqləşməyib.

Lakin klubun sahibi İnyatsio Sipriani iyunda “La Gazzetta dello Sport” nəşrinə açıqlamadı bildirmişdi: “O, mütləq çempionatın azı bir matçında, bəlkə də bir neçə qarşılaşmasında iştirak edəcək”. Cümə axşamı baş tutacaq mətbuat konfransında Ronaldinyonun “Ravenna”nın oyunçusu kimi ilk dəfə media qarşısına çıxacağı gözlənilir.

Xatırladaq ki, Ronaldinyonun son peşəkar klubu vətənində çıxış etdiyi “Fluminense” olub. O, karyerası ərzində “Barselona”, PSJ və “Milan” kimi Avropa nəhənglərinin şərəfini qoruyub.

2005-ci ildə “Qızıl top” qazanan, 2002-ci ildə Dünya çempionu, 2006-cı ildə isə Çempionlar Liqasının qalibi olan əfsanəvi oyunçu Braziliya millisinin heyətində ümumilikdə 97 matç keçirib. Təbii ki, bu geridönüş onun milli komandaya qayıdışı demək deyil, lakin onun meydanlardakı unikal texnikasını yenidən izləmək futbol azarkeşləri üçün əsl bayram olacaq.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09