Avropa Liqasının əsas mərhələsinin IV turunda keçirilməli olan “Renn” – “Olimpiakos” matçının tarixi dəyişdirilib.
UEFA-nın rəsmi saytının məlumatına görə, noyabrın 5-də baş tutması planlaşdırılan qarşılaşma bir gün əvvələ – noyabrın 4-nə keçirilib.
Buna səbəb Fransada noyabrın 5-nə planlaşdırılan tətillər və nümayişlərdir. Fransa rəsmiləri ölkədəki etiraz aksiyaları ilə əlaqədar həmin gün matçın keçirilməsi üçün zəruri təhlükəsizlik tədbirlərinə zəmanət verə bilməyəcəklərini UEFA-ya bildiriblər.
Hər iki klubla məsləhətləşmələrdən sonra görüşün vaxtının dəyişdirilməsi barədə qərar qəbul olunub. Qarşılaşma noyabrın 4-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.