FİFA-dan Oçoaya böyük zərbə: Mundialda “Miras” qalmaqalı

20.06.26 | 13:18
Dünya futbolu

Milyonlarla futbol azarkeşi FİFA-nın qərarını birmənalı qarşılamayıb. Meksika futbolunun əfsanəvi qapıçısı Qilyermo Oçoa göz yaşları içində beynəlxalq karyerasını bitirdiyini elan etsə də, ali futbol qurumunun ona qarşı qərarı qəti olub. Dünya çempionatlarının simvollarından biri sayılan 41 yaşlı qapıçı FİFA-nın xüsusi “Miras” (Legacy) mükafatından məhrum edilib.

Möhtəşəm seyvləri və vizit kartına çevrilən saç düzümü ilə qlobal miqyasda tanınan veteran qapıçı, turnir gedişində emosiyalarını boğa bilməyib:

“Karyeramı milli komandasız təsəvvür edə bilmirəm. Amma artıq yığmadakı dövrüm başa çatır və bundan sonra futbol oynamağın bir mənasını görmürəm”.

DÇ-2026-ya qatılmaqla karyerasında 6-cı dəfə bu zirvəni görən Oçoa üçün cari turnir həm də xoşagəlməz hadisə ilə yadda qalıb. FİFA ən azı 5 Dünya Çempionatında çıxış etmiş Leo Messi, Kriştianu Ronaldu, Luka Modriç, Yuto Naqatomo və Manuel Noyer kimi əfsanələrə xüsusi “Miras” nişanı təqdim etsə də, meksikalını bu siyahıya salmayıb.

Azarkeşlərin böyük etirazına səbəb olan bu qərarın arxasında isə ciddi bir detal dayanır: FİFA qaydalarına görə, mükafat yalnız futbolçunun meydanda real dəqiqələr aldığı turnirlərə şamil olunur.

Oçoanın adı DÇ-2006 və DÇ-2010-da yığmanın iştirak ərizəsinə salınsa da, o, meydana çıxmayıb. Dünya çempionatlarında ümumilikdə 11 matçda forma geyinən qapıçı, sonuncu rəsmi oyununu 2022-ci ildə Qətərdə Səudiyyə Ərəbistanına qarşı (2:1) keçirib.

“Football Tweet”in yaydığı məlumata görə, Meksika Futbol Federasiyası status-kvonu dəyişməkdə israrlıdır. Əgər Oçoa DÇ-2026-da bir neçə dəqiqə də olsa meydana çıxsa, federasiya FİFA-ya rəsmi müraciət edərək qərarın yenidən nəzərdən keçirilməsini tələb edəcək.

Qeyd edək ki, hazırda millinin ehtiyat qapıçısı olan Oçoa klub karyerasını Kiprin AEL (Limassol) klubunda davam etdirir və ötən mövsüm 26 matçda meydana çıxıb.

Paylaş:

Xəbər Lenti

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55