FİFA-dan İran qərarı

06.05.26 | 16:00
Dünya futbolu

AFP-nin məlumatına görə, FİFA İran Futbol Federasiyasını (FFIRI) bu il keçiriləcək dünya çempionatında iştirakla bağlı detalları müzakirə etmək üçün təşkilatın mənzil-qərargahına dəvət edib. Sürixdə baş tutacaq bu görüş turnirin təşkili baxımından kritik əhəmiyyət kəsb edir.

Dünya futbol qurumunun başçısı Canni İnfantino İran yığmasının DÇ-2026-da iştirakını rəsmən təsdiqləsə də, rəsmi Tehran hələ ki, səfərin təşkili ilə bağlı bəzi texniki məlumatları gözləyir. FİFA-nın baş katibi Mattias Qrafström danışıqların 20 may tarixinə təyin olunduğunu bildirib. Görüşdə əsasən logistika, təhlükəsizlik məsələləri və komandanın turnirdən üç həftə əvvəl Arizona ştatının Tuson şəhərindəki təlim-məşq bazasına gəlişi müzakirə olunacaq.

Fevral ayının sonunda ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar fonunda İranın turnirdəki iştirakı beynəlxalq müzakirə mövzusuna çevrilmişdi. Buna baxmayaraq, İnfantino 211 üzv federasiyanın nümayəndələrini İranın plana uyğun olaraq mundialda iştirak edəcəyinə dair əmin edib.

İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın Kanadaya səfəri isə qalmaqalla yadda qalıb. Vankuverdəki FİFA konqresinə yollanan Tac və daha iki rəsmi şəxs Toronto hava limanında iki saat saxlanılıb. Mehdi Tac Kanada mediasına verdiyi açıqlamada onlara İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı suallar verildiyini bildirib.

Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp da İranın turnirə qatılmasına etiraz etməyib. O, Canni İnfantinonun qərarını dəstəklədiyini vurğulayıb. Xatırladaq ki, dekabrda Vaşinqtonda keçirilən püşkatma mərasimində İnfantino Trampa FİFA-nın ilk “Sülh Mükafatı”nı təqdim etmişdi.

Xatırladaq ki, İran yığması Yeni Zelandiya, Belçika və Misir ilə eyni qrupda mübarizə aparacaq.

Paylaş:

Xəbər Lenti

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55