FIDE-dən yeni reytinq: Şahmatçılarımızın mövqeləri dəyişdi

01.08.26 | 14:35
Digər növlər

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün yenilənmiş dünya reytinqini açıqlayıb.

Azərbaycan şahmatçıları arasında ən yüksək göstərici yenə Şəhriyar Məmmədyarova məxsusdur. 41 yaşlı qrossmeyster ötən ayla müqayisədə bir pillə irəliləyərək 2723 xalla 22-ci sıraya yüksəlib.

Teymur Rəcəbov 2689 xalla 38-ci yerdəki mövqeyini qoruyub. Aydın Süleymanlı isə 10 pillə irəliləyərək 2668 xalla 47-ci yerə yüksəlib. Rauf Məmmədov bir pillə irəliləyərək 2639 xalla 83-cü olub. Məhəmməd Muradlı isə 20 pillə geriləyərək 2630 xalla 98-ci sırada qərarlaşıb.

Kişilərin reytinqinə 2823 xalla norveçli Maqnus Karlsen başçılıq edir. ABŞ təmsilçiləri Fabiano Karuana (2792) və Hikaru Nakamura (2792) ilk üçlüyü tamamlayırlar.

Qadın şahmatçıların reytinqində son Azərbaycan çempionu Ülviyyə Fətəliyeva bir pillə geriləyərək 2440 xalla 25-ci yerdə qərarlaşıb. Gövhər Beydullayeva 11 pillə irəliləyərək 2392 xalla 53-cü, Xanım Balacayeva bir pillə yüksələrək 2356 xalla 81-ci olub. Günay Məmmədzadə isə üç pillə geriləyərək 2351 xalla 89-cu sıraya enib.

Qadınların reytinqinə 2596 xalla çinli Hou Yifan liderlik edir. Onun həmyerliləri Ley Tincze (2561) ikinci, Tszyuy Ventszyun (2553) isə üçüncü pillədə qərarlaşıb.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28