Fernandu Santuş millinin İslandiya və Ukrayna ilə oyunlarına hazırlıqdan danışdı

29.08.25 | 15:34
Ölkə futbolu

2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib. Portəgiz məşqçi çıxışının əvvəlində “Qarabağ”ı təbrik edib. O, premyer-liqada legioner limiti barədə suala cavab verib:

Bu məsələnin mənə aidiyyatı yoxdur. Mən baş məşqçiyəm, öz işimə köklənirəm. Qalan məsələlər barədə Azərbaycan futbolundakı rəhbərlər qərar verir.

– Kapitan Bədavi Hüseynov yoxdur. Rza Cəfərov və Aydın Bayramov isə bu mövsüm oynamayıb. Başqa seçiminiz yox idi?

– Əlbəttə ki, rəqabətdə çıxış etməyən oyunçu məni narahat edə bilər. Baş məşqçi olaraq istəyərəm ki, bütün oyunçuların oyun praktikası olsun. Amma bu indiki gerçəklikdir. Çalışacağıq ki, əlimizdə olan materialla düzgün hazırlaşaq və qarşıdakı matçlarda yaxşı nəticələr əldə edək. İstəyərəm ki, milliyə çağrılan hər kəs komandalarında davamlı çıxış etsinlər. Analizlər edirik, oyunları izləyirik. Bədavini çox istəyirəm, ona böyük hörmətim var. Oynamadığı üçün bu toplanışa dəvət almadı.

– Yaxşı nəticəyə ümid edirsiz. Qarşıdakı iki matçda sizin üçün yaxşı nəticə nədir?
– Futboldur, hər bir nəticə gözlənilə bilər. Amma son yoldaşlıq görüşləri və ondan öncəki toplanışlardan deyə bilərəm ki, oyunçular çox istəklidirlər. Yaxşı məşqlər edirlər. O da mənə ümid verir ki, istədiyimiz nəticələri əldə edə bilərik. Mən, futbolçular, Azərbaycan xalqı, hamımız qələbə gözləyirik. 

– İslandiya və Ukrayna ilə bağlı fikirləriniz necədir?
– Asan oyunlar deyil. İslandiya uzun müddətdir ki, eyni oyunçularla birlikdə çıxış edir. Bütün futbolçular ölkə xaricində oynayırlar. Çox təcrübəli və keyfiyyətli oyunçulardır. Elə komandadır ki, arxadan hücumların qurulmasını çox yaxşı bacarırlar, çox yaxşı təşkil olunmuş hücumları var. Yaxşı da hazırlaşacağıq. Ukrayna millisi də çox güclü rəqibdir. Qərar vermişik ki, İslandiyaya daha erkən yollanaq, ora yerləşək, uyğunlaşaq. Uzun səfər olduğu üçün bu da oyunçulara necəsə təsir göstərə bilər. Aramızda 4 saatlıq fərq var. Ümumi qeydlər var ki, bu cür uzun səfərdən sonra oyunçu bir gün özünə gəlsin. Buna görə qərar verildi ki, ora daha tez uçaq. Ondan sonra da artıq evdə oynayacağıq. Azarkeşlərin dəstəyinə güvənirik. Ümid edirik ki, bizi dəstəkləyəcəklər. Bu, vacib amildir. Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, komanda hər oyuna yalnız qələbə üçün çıxır.

Paylaş:

Xəbər Lenti

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09