FBR-in mundilalla bağlı gizli hesabatı üzə çıxdı: “Bədənimə 4 bomba bağlayıb Messini partladacağam “

08.08.26 | 02:44
Dünya futbolu

Şimali Amerikada keçirilən Dünya Çempionatı ərzində sərt təhlükəsizlik tədbirləri görülsə də, pərdəarxasında maraqlı anların yaşandığı üzə çıxıb. İspaniya mətbuatının əldə etdiyi rəsmi polis hesabatına əsasən, Argentina yığmasının kapitanı Lionel Messi turnir boyu iki dəfə birbaşa bombalı hücum hədəsi ilə üz-üzə qalıb.

İspaniyanın “informacion.es” nəşri ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi təşkilat zamanı Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzi (IPCC — FBR də daxil olmaqla bir neçə ölkənin hüquq-mühafizə organlarını bir araya gətirən qurum) tərəfindən hazırlanan təhlükəsizlik sənədini dərc edib.

Hesabatda mundial zamanı bir çox ulduz futbolçuya qarşı təhdidlərin qeydə alındığı, lakin xüsusilə Lionel Messi ilə bağlı vəziyyətin kritik həddə çatdığı bildirilir.

Məlumata görə, 8 qat “Qızıl top” sahibinə qarşı ilk təhlükə Argentina – İordaniya oyunu ərəfəsində qeydə alınıb. Naməlum şəxs Dallas hava limanına zəng edərək, iki nəfərlə birgə əlaltı bombalar və “AR-15” yarımavtomatik tüfəngi ilə matça yollandıqlarını, polislərə və futbolçulara, xüsusən də Messiyə hücum edəcəklərini bəyan edib.

İkinci insident isə Atlantada, Argentina – Misir 1/8 final matçından əvvəl yaşanıb. Sosial şəbəkələrdə yerləşdirilən paylaşımda hədə ifadələr yer alıb: “Atlanta stadionuna daxil olub, bədənimə bağladığım 4 bomba ilə Messini partladacağam”.

Bu təhdiddən və daxil olan əlavə siqnallardan sonra xüsusi təlim keçmiş xidməti itlər və polis qüvvələri stadiona cəlb olunaraq ərazidə genişmiqyaslı axtarış aparıblar.

Mundialda təzyiq və təqiblərlə qarşılaşan tək ulduz Messi olmayıb. Hesabatda Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun da müxtəlif hədələrə və psixoloji təzyiqlərə məruz qaldığı qeyd olunur.

Bundan əlavə, Argentina – Misir matçını idarə edən fransalı baş hakim Fransua Leteksye verdiyi qərarlara görə kütləvi hücuma məruz qalıb. Referinin “WhatsApp” hesabına qısa müddətdə 6 mindən çox təhdid mesajının gəldiyi vurğulanır. Xatırladaq ki, Argentina yığması bütün bu gərginliklərə və psixoloji təzyiqlərə baxmayaraq DÇ-2026-nın finalına qədər irəliləyib. Həlledici matçda İspaniyaya əlavə vaxtda məğlub olan cənubi amerikalılar turnirin gümüş medalları ilə kifayətləniblər.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46