“Turan Tovuz” yoldaşlıq görüşündə Türkiyə nəhəngi “Fənərbaxça” ilə qarşılaşacaq.
Klubun rəsmi saytının yaydığı məlumata görə, İstanbul təmsilçisi tovuzluların gəliş müraciətinə müsbət cavab verib. Tovuz Şəhər Stadionunda baş tutacaq tarixi qarşılaşmanın dəqiq tarixi yaxın vaxtlarda açıqlanacaq.
Xatırladaq ki, bu qarşılaşma həm də nostalji xarakter daşıyır. Belə ki, “Turan” 1994-cü ildə avrokuboklarda debütünü məhz “Fənərbaxça”ya qarşı keçirib.
Qeyd edək ki, Tovuz təmsilçisi yeni mövsümdə Konfrans Liqasının təsnifat mərhələsində çıxış etməli olsa da, UEFA-nın qərarı ilə növbəti mövsümə qədər avrokuboklardan kənarda qalıb.