Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23
Dünya futbolu

“Mançester Siti”nin norveçli ulduz hücumçusu Erlinq Holand DÇ-2026-dan evə xüsusi xatirələr və zəngin forma kolleksiyası ilə qayıdıb.

Mundialın 1/4 finalında İngiltərəyə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran skandinaviyalıların lideri rəqib futbolçuların formalarını toplamğı qarşısına məqsəd qoyub. Holand Ris Ceyms, Harri Keyn, Niko O’Rayli və Ceyms Traffordun formalarını əldə etməyi bacarıb. Lakin onun üçün ingislərin heyətində hər iki qola imza atan Cud Belingemin forması xüsusi əhəmiyyət kəsb edir.

Norveçli hücumçu həmin formanın üzərindəki yazının onun üçün çox dəyərli olduğunu bildirib: “Erlinq. Sən unikal Talantısan, səni sevirəm, qardaşım”.

Qrup mərhələsində Fransaya 1:4 hesabı ilə uduzduqları matçdan sonra isə Holand Kilian Mbappe, Markus Türam, Rayan Şerki və Lukas Ernandesin köynəklərini kolleksiyasına əlavə edib. Ancaq bu mundialın onun üçün ən qiymətli xatirəsi 1/8 finalda Braziliyanı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonraya təsadüf edib. Həmin oyundan sonra Norveçin sensasiyaya imza atarkən, əfsanəvi Neýmar milli karyerası ilə vidalaşıb və Holand braziliyalı ulduzun son milli formasını əldə edib.

Mətbuatın məlumatına görə, Holand Dallasda keçirilən matçlardan sonra özünə kovboy çəkmələri, papaq və yenot müqəvvası da alıb. Lakin onun Amerikadan qayıdarkən etdiyi ən böyük alış-veriş qiyməti təxminən 90 min dollar olan “Airstream Bambi 22FB” markalı alüminium kempinq furqonu olub.

“Bu mənim ilk dünya çempionatım idi və inanıram ki, sonuncusu olmayacaq. İndi səbirsizliklə ilk Avropa çempionatımı gözləyirəm ki, rəqiblərdən topladığım formalar kolleksiyası daha da böyüsün. Planlaşdırıram ki, gələcəkdə karyeramın xatirəsi olaraq bu kolleksiyanı hər kəsə nümayiş etdirim”, – deyə Holand bildirib. 2019-cu ildə debüt etdiyi Norveç millisinin heyətində ümumilikdə 55 matça çıxan ərgin forvard 62 qola imza atıb. O, karyerasındakı ilk dünya çempionatında rəqib qapılarına 7 dəfə yol tapmağı bacarıb.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46