Eren Aydın: “Müdafiədə zəif oynadığımız üçün böyük hesabla uduzduq”

07.09.26 | 15:16

Premyer Liqanın son turunda “Sabah”a məğlub olan “Zirə”nin yarımmüdafiəçisi Eren Aydın ölkə mediasına qarşılaşma barədə fikirlərini bölüşüb.

Futbolçu fərdi səhvlərin oyunun taleyini həll etdiyini vurğulayıb: “Matça əslində yaxşı başlamışdıq. Lakin buraxdığımız fərdi səhvlər ucbatından hesab bir anda 0:3 oldu. Bu hesabdan sonra ‘Sabah’ kimi rəqiblə mübarizə aparmaq çox çətindir. Onların meydana əsas heyətlə çıxacağını gözləyirdik, çünki titullarını qorumaq niyyətindədirlər. Bütün bunlara baxmayaraq, biz hücum futbolu nümayiş etdirdik. ‘Sabah’ın qapısı önündə bu qədər çox qol epizodu yaradan ikinci bir komanda xatırlamıram. Bəli, 0:5 hesabı ilə yenildik, lakin bu, yalnız müdafiə xəttində zəif çıxış etməyimizlə bağlı idi. Rəqibi təbrik edirəm. Çempionlar Liqasında onlara uğurlar arzulayıram, ümid edirəm ki, ölkəmizi layiqincə təmsil edəcəklər”.

Eren Aydın növbəti turlarda onları çətin sınaqların gözlədiyini də dilə gətirib: “Qarşıda bizi ‘Qarabağ’ və ‘Turan-Tovuz’la oyunlar gözləyir. Ümid edirəm ki, bu matçlarda daha uğurlu nəticələr əldə edəcəyik. Ağdam təmsilçisi heyətini ciddi transferlərlə gücləndirib. Biz də öz növbəmizdə meydanda yaxşı futbol göstərmək istəyirik”.

Paylaş:

Xəbər Lenti

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55